14 C
Baku
Thursday, March 28, 2024

«5 niyə» metodu və yaxud istənilən problemin kökünü necə aşkar etmək olar

Şirkətinizin işinin təşkil edilməsi zamanı sistem xətalarına yol verilibsə, ən bahalı sistem təşkil edə, əməkdaşlarınıza təlim keçə bilərsiniz, lakin problem bununla həll olunmayacaq və effektivliyin artımında irəliləyiş hiss olunmayacaq.

Təcrübələr sübut edir ki, effektivliyin artırılması üçün əksər hallarda şirkətin iş vəziyyətini sadəcə olaraq təhlil etmək və bütün diqqəti daha kəskin və tez-tez qarşılaşılan problemlərin həllinə yönləndirmək lazımdır.

Dərhal olaraq bütün günahı diqqətsiz əməkdaşların boynuna yıxmaq və hər şeydə onları təqsirli bilməyə tələsməyin. Bunun əvəzində daha dərinlərə nəzər yetirmək və problemin kökünü axtarmaq lazımdır. Problemin kökünü axtarmağa isə ehtiyatlı istehsal və onun analoqları nəzəriyyəsi çərçivəsində yaradılmış metodikalar kömək edə bilər.

Ən belə desək, yüngül və eyni zamanda məhsuldar yanaşmalardan biri – “5 niyə” metodudur. Bu metodun iş prinsipi çox sadədir. Sadəcə olaraq özünüzə və əməkdaşlarınıza problemin kökünü aşkar edənə qədər “Bu problem nəyə görə baş verdi?” sualını verirsiniz (təbii ki, sualların sayı 5-dən artıq ola bilər).

Nümunə olaraq belə bir hadisəyə nəzər salaq:

Bir dəfə zavodların birində işçilər aşkar edir ki, tikinti plitələrindən ibarət hazır məhsul öz qablaşdırma kağızına yapışır.

İlk sual belə olur: “Nəyə görə qablaşdırma məhsula yapışır? Cavab: “Çünki qablaşdırma zamanı plitələrin temperaturu çox yüksək olur”.

İkinci sual: “Nəyə görə plitələrin temperaturu yüksəkdir? Cavab: “Soyuducu zonasında olan döşəmə kifayət qədər soyumur”.

Üçüncü sual: “Bu nəyə görə baş verir?” Cavab: Ərazisi geniş olan zavodda ventilyator gücünə malik olan soyuducu kamera həm yuxarı, həm aşağı kifayət qədər hava üfürmür”.

Dördüncü sual: “Nəyə görə döşəmə eyni dərəcədə soyumur? Cavab: “Kameranın filtrləri toz ilə tutulub”.

Və nəhayət beşinci sual: “Nəyə görə filtlər toz ilə tutulub?” Cavab: “Onlara nəzarət və mütəmadi olaraq dəyişdirilmə təyin edilməyib”.

Beləliklə, belə bir nəticəyə gəldik ki, problem qablaşdırmanın keyfiyyəti ilə əlaqəli deyil və işin qaydasını dəyişməklə onu asanlıql həll etmək mümkündür.

Təhlilin həyata keçirilməsi məqsədilə səbəb-nəticə diaqramından da istifadə etmək mümkündür. Bəzən problemin mənşəyini asanlıqla təyin etmək mümkün olmur. Bir neçə səbəb mövcud olur. Bu halda bütün mümkün səbəbləri qeyd etmək və sistemləşdirmək lazımdır. Daha sonra isə onlardan ehtimalı daha çox olanlarını seçmək lazımdır.

Oxşar problemlərin həll edilməsi üçün bəzən çoxfunksiyalı komandadan istifadə olunur. Bu zaman prosesə problem ilə birbaşa əlaqəsi olmayan və digər şöbələrin əməkdaşları da cəlb olunur. Bu kənardan yeni baxış əldə etməyə imkan verir.

Belə çoxfunksiyalı komandanın işini təşkil etmək məqsədilə adi maqnitli lövhələrdən istifadə etmək məqsədəuyğundur. Bu zaman problemi həll etmək üçün lövhədə açar sözlər olaraq bunları qeyd edə bilərsiniz:

  • problemin təsvir edilməsi;
  • itkilərin növləri;
  • problemi həll etməli olan komandanın heyəti;
  • problemin təhlili;
  • “5 niyə” metodu;
  • səbəb-nəticə diaqramı;
  • əsas səbəbin təyin edilməsi;
  • problemin həll yolu;
  • təxmin edilən nəticələr;

Çox mühüm amillərdən biri əməkdaşların şirkətdə yaranan problem ilə bağlı susmamalarıdır. Onlar yaranmış problemi dilə gətirməkdən qormamalıdırlar. Problemin həlli maksimum şəkildə detallaşdırılmış olmalıdır.

Son xəbərlər
Digər xəbərlər