12 C
Baku
Friday, March 29, 2024

57 milyon Uber müştərisinin şəxsi məlumatı oğurlanıb

Banker.az xəbər verir ki, Uber şirkəti 2016-cı ildə 57 milyon sərnişin və sürücünün şəxsi məlumatlarını oğurlayan və onları yaymaqla təhdid edən xakerlərə 100 000 dollar ödəyib.

Baş vermiş bu hadisə haqqında məlumatı isə şirkətin CEO-su Dara Xosrovşahi verib. Müxtəlif ölkələrdən olan sərnişin və sürücülər haqqında məlumatlar 2016-cı ildə, Uber şirkətinə xidmətin yaradıcısı Trevis Kalanik rəhbərlik etdiyi dövrdə xakerlərin əlinə keçib. Kalanik isə xakerlərə bu hadisənin yayılmaması və oğurlanmış məlumatların silinməsi üçün 100 000 dollar ödəmək barədə qərar qəbul edib.

Qeyd edək ki, Kalanik bu ilin 21 iyun tarixində 5 investorun təzyiqi altında istefa verdi. Xosrovşahi isə onun rəhbərliyi dövründə oxşar hadisənin təkrar olunmayacağını iddia edir. İnsidentin gizlənməsi əməliyyatına rəhbərlik edən təhlükəsizlik üzrə direktor isə işdən azad edilib.

Son xəbərlər
Digər xəbərlər