4 C
Baku
Friday, March 29, 2024

Əmlak qiymətləri hansı həddə qədər düşəcək?

Daşınmaz əmlak bazarı üzrə ekspert Rəşad Əliyev qeyd olunan məsələ ətrafında fikirləri ilə paylaşmışdır.

Əvvəldə qeyd etmişdim ki, daşınmaz əmlak aşağı likvidliyi olan aktivdir və o, neft, qızıl və ya digər likvid mal deyil ki ticarət terminalı qarşısında və ya digər üsulla onun qiymət hərəkətinə nəzər yetirək. Onuda qeyd etmişdim ki, son dövrlər qiymət enməsi haqqında mövcud olan bütün qiymətləndirmələr şərtidir və hamısı ortalama nəticələrdi. reshadBu təqribi müşahidələrin nəticələridir, çünki daşınmaz əmlak bazarında standart məhsul mövcud deyil. Hər daşınmaz əmlakın onu unikal edən öz xassələri var, məsələn sahəsi, yerləşməsi, vəziyyəti və s. Hazırda qiymətlərin enməsi şəraitində hamını maraqlandıran məsələ ucuzlaşmanın hansı dövrə kimi davam edəcəyidir. Bu bir sıra amillərdən asılı olacaq ki, onlarda qarşılıqlı sürətdə bir-birinə təsir edir.
Qiymətlərə dəstək göstərən, eyni zamanda onun dahada aşağı düşməsinə səbəb olan amillər mövcuddur. Mövcud makroiqtisadi vəziyyət qiymətlərin aşağı düşməsinə təsir edən amillərdəndir. Bilirik ki, bu vəziyyəti əks etdirən makroiqtisadi göstəricilər mövcuddur.
Bu göstəricilərdən sözsüz ki, öndə duran göstərici ÜDM-nin səviyyəsidir. Burada söhbət real ÜDM-dən yox, məhz nominal ÜDM-dən gedir.
ÜDM-nin səviyyəsi ilə daşınmaz əmlakın qiyməti arasında əlaqə sözsüz ki mövcuddur. Məlum məsələdir ki, tənəzzül dövründə ÜDM ilə yanaşı əmlakında qiyməti düşür. Ancaq onların qarşılıqlı faiz nisbətlərini tapmaq mümkün deyil, çünki birbaşa belə əlaqə yoxdur. Daşınmaz əmlakların dəyərinə təsir edən müxtəlif makroiqtisadi göstəricilər və bazara təsir edən amillər mövcuddur. Bütün bunlara baxmayaraq müəyyən qanunauyğunluqlar mövcuddur və onları nəzərə alaraq təqribi qiymətləndirmələr aparmaq olar.
İqtisadiyyatda böhran başlayan dövrlərdə əksər hallarda daşınmaz əmlak bazarında qiymət enməsi faizi nominal ÜDM-nin enmə faizini qabaqlayır. 2015-ci ilin ilk 10 ayında ÜDM səviyyəsi 45,9 mlrd manat təşkil edib ki, bu da nominal göstəricilər ilə keçən ilin müvafiq dövrünə (49,2 mld manat) nisbətən 7%-ə yaxın azalma deməkdir. Burdan belə nəticəyə gəlinir ki, daşınmaz əmlak bazarı üzrə qiymətlər keçən ilə nisbətən manat ifadəsində minimum 7%, dollar ifadəsində isə 30% azalmalı idi. Daşınmaz əmlak bazarında baş vermiş qiymət azalmasıda elə bu rəqəmə yaxındır. Maraqlıdır eləmi? Ancaq bura əlavə olaraq 2 amili əlavə etmək lazımdır: 1. Bazarda qiymətlərin şişirdilmiş olması (ən azı 10%, yuxarı həddi isə 20%). 2. Daşınmaz əmlak bazarı üzrə qiymət enməsi tempi nominal ÜDM-nin azalma tempini qabaqlamalıdır. Əgər bu məntiqdən çıxış etsək, belə qənaətə gəlmək olar ki, qiymətlər 2014-cü ilə pik həddindən dollar ifadəsində orta hesabla 50%-ə kimi azalmalı idi. Hazırda qiymətlər məhz həmin istiqamətdə hərəkət edir. Əgər qiymətlərin dollar ifadəsində orta hesabla 30-35% enməsini nəzərə alsaq, belə çıxır ki qiymətlər bundan sonra hələ əlavə olaraq 23-28%-ə kimi düşə bilər.
Bunu ciddi qəbul etmək olarmı? Mən qəbul edərdim, çünki hazırda bazarda qiymətlərə dəstək göstərən amillər çox azdır. Ancaq bu cür amillərin güclənməsi istisna edilmir.

Son xəbərlər
Digər xəbərlər