23 C
Baku
Friday, April 19, 2024

71 sığorta agentinin lisenziyaları ləğv edildi

71 sığorta agentinin fəaliyyətinə verilmiş bəzi müddətsiz lisenziyalar ləğv edilib.

Banker.az Dövlət Sığorta Nəzarəti Xidmətində istinadən xəbər verir ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 106.1-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Qaydalar”ın 5.1.2-ci yarımbəndinə əsasən, sığorta nəzarəti orqanına qanunla müəyyən olunmuş formada hesabat təqdim etmədiklərinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin müvafiq əmri ilə 80 nəfər fiziki şəxsə sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaların qüvvəsi 07 aprel 2015-ci il tarixdən 3 ay müddətinə dayandırılıb.

Lakin, həmin 80 nəfər fiziki şəxslərdən 71 nəfərinin tələb olunan hesabatları müəyyən olunmuş müddətdə təqdim etməmələrini və bununla da lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halın aradan qaldırmadıqlarını nəzərə alaraq, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 107.1.2-ci maddəsinin tələblərinə uyğun olaraq 71 şəxsin sığorta agenti fəaliyyətinə verilmiş müddətsiz lisenziyalar Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq əmri ilə 24 iyul 2015-ci il tarixdə ləğv edilib.

Son xəbərlər
Digər xəbərlər