16 C
Baku
Friday, April 26, 2024

7:1 və Braziliya iqtisadiyyatı

Braziliya yığmasının Almaniya yığması qarşısındakı 7:1 hesablı məğlubiyyəti o qədər təsiredicidir ki, hətta bu ölkə əhalisini mənəvi cəhətdən çökdürə də bilər. Bunu xüsusəndə Braziliya üzrə ixtisaslaşmış UBS AG-nin inkişaf etməkdə olan bazarlar strategiyasının rəhbəri Ceffri Dennis bildirmişdir.

Əvvəllər bir çox analitiklər belə düşünürdülər ki, maliyyə bazarları Braziliya yığmasının belə darmadağın olmasına müsbət reaksiya verməlidirlər. Belə ki, bu məğlubiyyət cari prezident Dilma Russeff-in yenidən prezident seçilmək şanslarını azaldacaqdı. Heç kimə sirr deyil ki, cari prezident sayəsində ölkə iqtisadiyyatı əhəmiyyətli dərəcədə zəifləmişdi.

Lakin Dennis əmindir ki, belə faciəvi nəticə investor və istehlakçıların ğzlərinə olan güvənlərini sarsıda bilər. O bildirmişdir: “Artıq zifləmiş iqtisadiyyatdan məhrum olmuş ölkə vətəndaşları son ümidləri olan milli yığmalarını da itirdilər”.

Qeyd edək ki, 2011-ci ildə Russeff prezident seçkilərində qalib gəldikdən sonra ölkə iqtisadiyyatı ildə 2% geriləmişdir.  Braziliya belə zəif artımı prezident Fernandu Kolora di Melu-nun dövründən etibarən görməmişdi. Bu prezident isə rüşvətxorluqla bağlı qalmaqal fonunda 1992-ci ildə istefa vermişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər