27 C
Baku
Wednesday, April 24, 2024

Sökülən binaların əmlak bazarına təsiri necə olacaq?

Ekspert və Value&Sources şirkətinin rəhbəri Rəşad Əliyev, son dövrlər əmlak bazarına ciddi təsir edə biləcək hadisə, köhnə binaların sökülməsi və yerində yeni binaların tikilməsi məsələsinin ümumi əmlak bazarına təsiri və ümumiyyətlə bu proyektin qarşılaşa biləcək çətinliklərdən söz açıb.

Bakı şəhərində 9 mikrorayonda binaların söküntüsü ilə bağlı FHN naziri açıqlama vermişdi. Nazirin fikirlərindən aşağıdakıları başa düşdük:

– Tikinti şirkətlərindən məhdudiyyətsiz həcmdə söküntü və tikinti işləri haqda təkliflər qəbul ediləcək. Təklifə əsasən tikinti şirkəti öz vəsaiti hesabına binanı sökür və yerində yenisini tikir. Tikinti şirkəti bu halda layihələndirməni elə aparmalıdır ki, həm orda yaşayan insanları evlə təmin etsin, həm bütün xərcləri çıxartsın, həmdə sonda mənfəət əldə etsin. Bu isə mərtəbənin çox olması və torpaq sahəsindən optimal istifadəsi nəticəsində mümkün olacaq. Məsələn, 5 mərtəbəli binanın yerinə 16 mərtəbə tikiləcək , yaxud 2 ədəd 5 mərtəbə əvəzinə 3 ədəd 16 mərtəbə tikiləcək və s. Burda layihələr müxtəlif ola bilər. Sözsüz ki bu layihələr son nəticədə nəzərdən keçirilib şəhərsalma və tikinti qaydalarına uyğunluğu yoxlanacaq. Çünki tikinti şirkətinə qalsa orda boş yerdə saxlamaz.

Dövlətin öhdəliyi bəs nədən ibarət olacaq?

Çıxışda vurğulandığı kimi dövlət qurumları həmin yeni binaları lazımi infrastrukturla təmin edəcək. Misal üçün, Azərişıq zəruri elektrik xətləri, Azərsu su xətləri və kanalizasiya xətləri ilə. Digər tərəfdən çixişdan dolayısı ilə açıq aydın başa düşmək olar ki, dövlət birbaşa olaraq tikinti prosesinin özünə heç bir qəpikdə xərcləməyəcək. Dövlət ancaq infrastruktur təminatı və inzibati dəstəyi həyata keçirəcək.
Çıxışdan ancaq bunları başa düşmək olar. Bundan sonra hansısa əlavə detalların ortaya çıxması istisna deyil. Ancaq hesab edirik ki, hər şey aydındır.

Bunun iqtisadi faydası nə ola bilər? Sözsüz ki, inşaat materialları istehsalı sektorunun inkişafı, yeni iş yerləri, vergi daxiolmaları və sair. Eyni zamanda bunun sosial məqsədləridə var. Sovet dövründə tikilən binalarının köhnəlməsi ilə yanaşı onların rahatlığının aşağı olmasıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, həmin binalar köhnəldikdə risk qrupuna düşməyə başlayacaqlar.

İlk baxışdan bu layihələr sadə görsənə bilər. Sökür-Tikir-Satır-Qazanc əldə edir! Ancaq burda ən başlıca problem SATMAQ və QAZANC ƏLDƏ ETMƏK olacaq. Bazarda mövcud olan durum bu layihələrin cəlb ediciliyini azaldır. Çünki hazırda tikinti şirkətlərinin üzləşdiyi ən böyük problem elə satışdır. Satış yoxdursa qazancda sualaltında qalır. Bu şəraitdə sözsüz ki, həmin mənzillərin satışının ipoteka kreditləşməsi vasitəsilə aparılması böyük yardım ola bilər. Bunun üçün isə maliyyə mənbələrinə ehtiyac var. Buna görədə bu istiqamətdə dövlətin dəstəyinə yenə ehtiyac olacaq.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, 5 mərtəbəli bina ilə 9 mərtəbəli binaların söküntüsü və yerində yeni binaların tikintisi maliyyə baxımından çox fərqli nəticələr verir. Yəni elə ərazilər və elə binalar olacaq ki, tikinti şirkəti üçün qazanc əldə etmək imkanları olmayacaq. Buna görədə həmin binalara maraq olmayacaq. Buna görədə uzaq gələcəkdə dövlətdə bu istiqamətdə bir sıra hallarda tikinti işlərinə pul xərcləməli olacaq. Qəzalı binalar üzrə məcbur olacaq addımlar atmağa. Ancaq nisbətən normal binaları yəqin daha yaxşı vaxtlara saxlayacaq.

Hamını maraqlandıran isə bu işlərin əmlak bazarına təsiridir. Sözsüz ki, yeni sahələr yeni təklif (satışa çıxarılan yeni mənzillər) deməkdir. Bu isə hələ vaxt tələb edir.
Birdə nəzərə almaq lazımdır ki, köhnə binalar minlərlədi və bu iş mərhələləli olmaqla yanaşı uzun illər tələb edəcək.

Rəşad Əliyev
Value and Sources konsaltinq şirkəti

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər