25 C
Baku
Saturday, April 20, 2024

ABA, AMB və 7 yerli bank xarici valyuta əməliyyatları ilə bağlı müzakirələr edir

Noyabrın 2-də Azərbaycan Mərkəzi Bankında (AMB) rezident və qeyri-rezidentlərlə xarici valyuta əməliyyatlarının  aparılması ilə əlaqədar bankların təkliflərinin müzakirəsi məqsədilə görüş keçirilib. Bu barədə banker.az-a Assosiasiyasyadan məlumat daxil olub.

Görüşdə Azərbaycan Banklar Assosiasiyasının (ABA) “Daxili audit, mühasibat uçotu, vergi və hesabatlılıq” üzrə Ekspert Qrupunun sədri Zakir Kazımov, Mərkəzi Bankın Hüquq Departamentinin direktoru Rəna Məlikova, həmçinin, “AMB” ASC, “Paşa Bank” ASC, “Kapital Bank” ASC, “Nikoyl Bank” İKB ASC, “Bank VTB (Azərbaycan)” ASC, “TuranBank ASC”, “Silk Vey Bank ASC”-nin nümayəndələri iştirak edib.

Görüş zamanı Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 28 noyabr 2016-cı il tarixli Qərarı ilə qəbul edilmiş “Azərbaycan Respublikasında rezident və qeyri-rezidentlərin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları” ilə əlaqədar ABA üzv təşkilatlardan daxil olmuş yazılı və şifahi müraciətlər əsasında qeyd olunan Qaydalara dair təkliflər, eyni zamanda müvafiq suallar müzakirə olunub.

Qaydalara dair təkliflər avans ödənişlərinin göndərilməsi prosesinin ayda bir dəfə olması, hüquqi şirkətlərin xarici banklardakı öz hesablarına sərbəst olaraq pul köçürülməsi, “vasitəçilik” müqaviləsi əsasında xaricə ödəniş etməyin mümkünlüyü və digər məsələlərlə bağlı olub.

Qeyd olunub ki, qaydalara dair təkliflərlə bağlı Maliyyə Sabitliyi Şurasına müraciət edilib. Şuranın qərarından sonra məsələ ilə bağlı müzakirələrin davam etdirilməsi qərara alınıb.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər