5 C
Baku
Friday, March 29, 2024

ABA-da Ödəniş sistemləri və Alternativ Xidmət Kanallarına aid tədbir baş tutub

Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən “Ödəniş sistemləri və Alternativ Xidmət Kanalları” üzrə Ekspert Qrupunun ilk iclası keçirilmişdir.

Qrupun yaradılmasının əsas məqsədi müştərilərin maliyyə vəsaitlərinə və innovativ bank məhsullarına çıxışının asanlaşdırılması, onlara göstərilən bank xidmətlərinin maya dəyərinin aşağı salınması və müştəri məmnunluğunun təmin edilməsi imkanlarının araşdırlmasından ibarətdir.

Qeyd ediləni əsas tutaraq, Qrup öz fəaliyyətində Azərbaycan Respublikasının Mərkəzi Bankının dəstəyi ilə kartlı ödəniş sistemləri, alternativ xidmət kanalları (internet bankçılıq, mobil bankçılıq, ATM, Çağrı Mərkəzi və s.), ödəniş sistemlərinin təhlükəsizliyi və digər nağdsız ödənişlərlə əlaqədar bank sistemindəki mövcud vəziyyətin, bankların qarşılaşdıqları problemlərin və digər əlaqədar məsələlərin müzakirə edilməsi, bu istiqamətdə xarici təcrübənin – qabaqcıl ölkələrin innovativ yanaşmalarının öyrənilməsinə hədəflənməyi planlaşdır. Bundan əlavə, müvafiq qurumlara ünvanlanacaq əsaslandırılmış təkliflərin hazırlanması, hüquqi-normativ baza və standartların hazırlanmasında iştirak, bu sahələrin inkişafı üçün banklararası razılaşmaların mümkünlüyünün müzakirəsi və digər bu qəbildən olan fəaliyyətlərin həyata keçirilməsi də Qrupun prioritet vəzifəsidir.

ABA-nın ofisində baş tutan və AtaBank, Accessbank, Azərbaycan Beynəlxalq Bankı, Bank of Baku, Bank Respublika, Expressbank, Kapitalbank, YapıKrediBank Azərbaycan, Rabitəbank, Unibank, ASC-nin nümayəndələrinin iştirak etdiyi ilk iclasda vahid ATM şəbəkəsinə dair beynəlxalq təcrübə, nağdsız ödənişlərin inkişafı istiqamətində mövcud imkanlar müzakirə edilmiş və prioritet istiqamətlər sahəsində fikir mübadiləsi aparılmışdır.

Son xəbərlər
Digər xəbərlər