12 C
Baku
Thursday, March 28, 2024

ABA sədri deyir ki, kredit siyasətinin liberallaşmasından söhbət gedə bilməz

“İstehlak kreditləşməsi ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasının müəyyən etdiyi təlimat var”.

Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev xidməti müqavilə ilə işləyən şəxslərə kredit verilməməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, banklar həmin təlimatın tələblərinə birmənalı şəkildə əməl etməlidir: “Bu, müştərilərin gəlirlərinin xərclərinə nisbətini əks etdirən göstərici əsasında tənzimlənir. Əsas məsələ əhalinin yenidən izafi borclanmasına yol verməməkdir. Vətəndaşların yalnız öz borclarına xidmət edəcək səviyyədə borclanmasına imkan verilməlidir. Yoxsa, 2015-ci ildəki problemlər yenidən yaşana bilər”.

Z.Nuriyev həmçinin deyib ki, Azərbaycanda kreditləşmə zəif olsa da, kredit siyasətinin liberallaşdırılmasından söhbət gedə bilməz.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər