25 C
Baku
Saturday, April 20, 2024

ABŞ bu ölkələrdən polad və alüminium idxalına rüsum tətbiq edəcək

ABŞ administrasiyası iyunun 1-dən başlayaraq Avropa İttifaqı ölkələri, Kanada və Meksikadan idxal edilən polad və alüminium məhsullarına gömrük rüsumu tətbiq edəcək.

Bunu ABŞ-ın ticarət naziri Uilbur Ross mayın 31-də jurnalistlər üçün təşkil olunan brifinqdə deyib.

“Bildiyiniz kimi, ABŞ Prezidenti Donald Tramp martın 23-də bir sıra ölkədən gətiriləcək polad və alüminiuma görə gömrük rüsumu alınması barədə qərar vermişdi. O, həmçinin Cənubi Koreya, Argentina, Braziliya, Avstraliya, Avropa İttifaqı, Meksika və Kanadanı müvəqqəti olaraq həmin rüsumlardan azad etmişdi. Bu istisnaların fəaliyyət müddəti mayın 31-i gecə yarısı bitir”, – deyə Ticarət Nazirliyinin rəhbəri vurğulayıb.

Nazirin sözlərinə görə, Donald Tramp Kanada, Meksika və Avropa İttifaqı ilə bağlı həmin istisnaların müddətini uzatmaqdan imtina edib. İyunun 1-dən etibarən bu ölkələrdən polad və alüminium idxalina müvafiq olaraq 25 və 10 faiz həcmində rüsum tətbiq olunacaq.

Bununla yanaşı, Ross qeyd edib ki, ABŞ polad və alüminium idxalı ilə əlaqədar həmin ölkələrlə danışıqlar aparmaq niyyətindədir. “Biz arzu olunan nəticələrə nail olmaq üçün Kanada, Meksika və Avropa İttifaqı ilə danışıqların davam etməsini gözləyirik. Lakin indi onların bugünkü qərara reaksiyasını görmək istəyirik”, – deyə nazir bildirib.

MənbəAzərTac
Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər