16 C
Baku
Saturday, April 20, 2024

ABŞ-da dizel qalmaqalı ilə bağlı “Volkswagen”in rəhbərinə qarşı ittiham irəli sürülüb

O, ABŞ hökumətinə qarşı fırıldaqçılıqda müqəssir bilinir

ABŞ-ın Miçiqan ştatının prokurorluğu dizel mühərrikli avtomobillərlə bağlı qalmaqala dair iş üzrə “Volkswagen” konserninin keçmiş rəhbəri Martin Vinterkorna qarşı ittiham irəli sürüb.

O, ABŞ hökumətinə qarşı fırıldaqçılıq və ölkənin “Təmiz hava haqqıda” qanununun pozulması məqsədi ilə həmkarları ilə işbirliyinə girməkdə müqəssir bilinir.

İstintaq iddia edir ki, “Volkswagen”in sabiq rəhbəri və konsernin digər beş əməkdaşı mühərriklərin standartlara cavab vermədiyini bildikləri bir halda, əlbir olaraq havaya buraxılan işlənmiş qaz sınaqlarının nəticələrini saxtalaşdırmaq qərarına gəliblər.

İttiham aktında bildirilir ki, Vinterkorna qalmaqalın ictimailəşməsinə az qalmış iki dəfə – 2014-cü ilin mayında və 2015-ci ilin iyulunda şirkətin Amerika emissiya sınaqlarını aldatdığı barədə məlumat verilib.

Avtokonsern proqram təminatının köməkliyi ilə dizel mühərriklərində kükürd oksid tullantılarının həddindən çox olmasına dair məlumatları azaldıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər