23 C
Baku
Thursday, April 25, 2024

ABŞ-da dövlət istiqrazlarının faizlərinin artması birjalarda satışa səbəb olub

BŞ-da 10 illik dövlət istiqrazlarının faiz dərəcələrində artım fond birjalarında satışa səbəb olub.

İstiqrazların faizinin dünən, son 4 ilin maksimal həddi – 2,733 səviyyəsinə qədər artması əsas fond birjalarında satışın başlamasına gətirib çıxarıb.

Analitiklər ABŞ dövlət istiqrazlarının faizinin 2018-ci ilin sonuna yaxın yüksələcəyini ehtimal etsələr də, proses daha tez baş verib. Nəticədə, ABŞ-ın əsas fond indeksi – “Dow-Jones” son 2 gündə 540 bənd və ya 2,02% azalaraq 26 077 bəndə geriləyib.

Expertlər bildiriblər ki, istiqrazların gəlirliliyi 3% – psixoloji həddi ötərsə, o zaman qlobal maliyyə bazarlarında bədbin şərait yarana bilər. Belə ki, faizlərin artması korporativ maliyyələşmə xərclərini artıracaq. Bununla yanaşı, tarixi rekord səviyyələrdə olan fond indekslərinin kəskin düşmə ehtimalı artacaq. Həmçinin, dolların məzənnəsində möhkəmlənmə prosesi sürətlənəcək.

Xatırladaq ki, bu gün ABŞ Federal Ehtiyat Sistemi (FED) növbəti iclasının nəticələrini açıqlayacaq. Bu iclasda uçot dərəcəsinin artırılması gözlənilməsə də, FED-in daha sərt monetar siyasət tətbiq edəcəyi barədə açıqlamaları ola bilər. Bunun nəticəsində FED-in 2018-ci ildə daha bir neçə dəfə faizləri artıracağı barədə fikir formalaşacaq.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər