16 C
Baku
Friday, April 19, 2024

ABŞ-da “qəhvə məhkəməsi” başa çatdı

8 il ərzində hakimlər içkinin zərərli olub-olmadığını aydınlaşdırmağa çalışırdılar

Kaliforniya məhkəməsi qəhvəyə hökm verdi. Bu haqda CNBC məlumat verir.

8 il ərzində hakimlər bu içkinin zərərli və ya xeyirli olduğunu aydınlaşdırmağa çalışırdılar. Nəhayət, qərar qəbul edildi: qəhvə ziyandır və satıcılar istehlakçıları bu haqda xəbərdar etməlidirlər.

Əsas günahkar içkinin hazırlanması prosesində formalaşan akrilamid kimyəvi maddəsi olub. O, xərçəng xəstəliyini yarada bilən kanserogendir.

Starbucks və təxminən daha 90 digər istehsalçı iddia edir ki, qəhvənin içində akrilamid o qədər kiçik konsentrasiyadadır ki, onu diqqətə almamaq da olar. Lakin biznes məhkəmədə öz arqumentlərini müdafiə edə bilmədi.

İçkinin dadını dəyişmədən akrilamidi tərkibindən çıxartmaq mümkün deyil. Bəzi kafelər məhkəmə qərarının tələbinə əsasən, artıq özlərində xəbərdarlıq yazılarını asıblar.

Eyni zamanda, bir çox istehlakçı iddia edir ki, bu qərar onları qəhvədən imtina etməyə və qəhvəni azaltmağa təhrik etməyəcək.  

Qeyd edək ki, hələ 2016-cı ildə Ümumdünya Səhiyyə Təşkilatı qəhvəni mümkün kanserogenlər siyahısından çıxartmışdı. Tədqiqatlar göstərir ki, qəhvə döş vəzisi, prostat vəzi və mədəaltı vəzi xərçəngi yarada bilməz və çox güman ki, qaraciyər və matka xərçənginin inkişafı riskini azaldır.

Son xəbərlər
Digər xəbərlər