23 C
Baku
Friday, April 26, 2024

ABŞ-da qonşuluq icması. Bu nə deməkdir?

Mahiyyət etibarilə insan ictimai varlıqdır. Nəyinsə bir hissəsi olmaq, yalnız özün olmaqdan daha böyük bir şeydir. Məhz buna görə də biz ən müxtəlif maraqları olan insan qruplarına bu qədər meylliyik. Hər bir ABŞ vətəndaşı ən azı onlarla müxtəlif rəsmi və qeyri-rəsmi qrupların üzvüdür: kilsə, partiya üzvlüyü, ixtisas birlikləri, xeyriyyə təşkilatı, məktəb soveti, ictimai təşkilat və ən nəhayət, qonşuluq icmaları. Ingilis dilində qonşuluq icmasını ehtiva edəcək iki söz var: “community” və “neighborhood”

Rəsmi kommunalarının idarə edilməsi üçün təsərrüfat fəaliyyəti ilə yanaşı, həm də mikrorayonun ictimai və mədəni həyatında mühüm rol oynayan şəhər/qəsəbə “oldermeni” təyin olunduğu halda, qeyri-rəsmi kommunalar sakinlərin özünün təşəbbüsü sayəsində yaradılır. Oldermen polis funksiyaları olmasa da, məhəllə polisi kimi çıxış edir. Məsələn, mənim yaşadığım məhəlləni çox yaxşı insan Tom Tanni idarə edir, özü bizim məhəllədə böyüyüb, onu beş barmağı kimi bilir, məhəlləni idarə etdiyi dövrdə neçə mer yola salmışdır, ən yaxşı infrastruktur və Linkoln Park isə bizim məhəlləni Böyük Çikaqonun ən gözəl məhəlləsi edir.

Oldermen nə qədər yaxşı olsa da, o rayon sakinlərinin iştirakı olmadan heç nə edə bilməzdi. Tanni isə sakinləri ictimai komissiya altında birləşdirə bildi, komissiya üzvləri isə mikrorayonu sahələrə böldü, sahələr daxilində isə qonşu qrupları yaradıldı. Öz işinə düşkün olan Tanni komissiyanın iclaslarından birində şikayətlənirdi: əvvəllər çox çətin idi, yalnız poçt, telefon və ayaqlar oldermenin ofisi ilə sakinlər arasında əlaqə yaratmağa imkan verirdi. Indi isə internet vasitəsi ilə mister Tanni hər gün insanların evinə qonaq olur.

Haradasa yolu təmir olunacaq, digər bir yerdə nəqliyyat müvəqqəti olaraq dolayı yolla gedəcək, haradasa könüllülər ağac əkəcək və kömək lazımdır, hansı isə tarxidə kilsə piknik keçirir və rayon sakinləri dəvətlidir, digər bir vaxtda stadionda oyun olacağına görə tıxac olacaq. Çimərlik mövsümü başlayır və sona yetir. Məhəllədə oğru peyda olub, velosipedlərinizi küçədə yiyəsiz saxlamayın. Təcavüz üstə həbs olunmuş insan azadlığa buraxılıb və belə bir ünvanda yaşayır. Zooparkda yardıma ehtiyac var, isti geyimlərin bağışlanılması tələb olunur və s.

Bizim rayonda 8 yeni ev tikilir. Hələ 10 ev də təmir olunub. Hansı isə evi sökəcəklər, sakinləri burda nə tikmək lazım olduğu ilə bağlı müzakirəyə çağırırlar. Oldermen hər gün yadımıza salır ki, biz bir kommunanın üzvləriyik. Qeyd edim ki, bu sistem hamıdan-yuxarıdan tutmuş aşağıya qədər hər kəsdən asılıdır. Qonşu icmaları aşağıdan necə formalaşır:

Amerikada yeni gələn qonşu ilə tanışlıq adət halına alıb. Ilk növbədə bu, xeyirxahlıq və nəzakət əlaməti hesab olunur. Yeni qonşular özləri də ətraf insanlarla tanış olmağa tələsirlər, köhnə sakinlər isə yeni gələnləri öz evlərində yemək-içmək təşkil etməklə qarşılayırlar.

Əlbəttə ki, qonşu evi alaraq, sizin taun-hausa gələnlərin kimliyini bilmək vacibdir: axı siz onlarla qonşuluqda yaşayacaq, uşaqlarınız isə onların uşaqları ilə oynayacaqdır. Elə buna görə də, biz tort bişirib, 32 dişimiz də görünəcək şəkildə gülərək, yeni qonşularla tanış olmağa tələsirik: salam, biz filankes, burda qonşuluqda yaşayırıq, köməyə ehtiyacınız varmı, bu da bizim telefon nömrəmiz.

Insanlar ünsiyyət qurmaq üçün hər bir şansı qiymətləndirməyə çalışırlar, kişilər və qadınlar öz növbəsində yeni gələnləri yerli barlardan birinə dəvət edir və yığıncaq keçirirlər. Uşaqlar isə pikniklərdən birinə tanış ola biləcəklər.

Yeri gəlmişkən, deyə bilərəm ki, uşaqlar yaşayış yerinin dəyişməsindən daha çox əziyyət çəkirlər, axı orda ən yaxşı köhnə dostları buraxıblar. Yeni məkanda isə hər şeyin necə gedəcəyi bəlli deyil. Buna görə də biz icazə verə bilmərik ki, uşaqlar bu qədər narahat olsunlar və bu məqsədlə uşaqların tanış olması üçün şərait yaradırıq: bu, mənim oğlumdur. Bu isə qızım. Gəlin evimizə gedək, onlar sənə çadırlarını göstərəcəklər.

Yerli kilsənin keşişi şəxsən evinizə təşrif buyurub, sizi messaya, kilsə tədbirlərinə dəvət edəcək. Polis də öz növbəsində sizdən necə məskunlaşdığınızı soruşacaq. Poçtalyon da mütləq özünü təqdim edəcək – hamı kimi. Bu demək olar ki, bütün ölkədə belədir – qonşular həqiqətən də bir-birlərini tanıyırlar, ünsiyyət qururlar və bir yerdə olmağa səy göstərirlər.

Deyin görək, kimin nə işinə qalıb ki, qonşunun qızı olub? Lakin bizdə hər şey fərqlidir . Çox yaxşı yadımdadır, yeni doğulmuş körpəni necə oynatdığımız, hələ missis Bad isə qonşu qadın xəstəxanada olduğu vaxtda onun böyük uşaqlarının qayğısına qalırdı. Kişilər də öz növbəsində iri nərdivanı daşıyırlar –rəngarəng şarlardan ibarət təbrik lentini asmaq üçün kürəkənə kömək edirlər. Yenicə doğulmuş körpənin gəlişi qonşular üçün improvizə olunmuş bayrama çevrilir – hərə evindən nə isə yeməli bir şey gətirir, bu həm də “fast-food” da ola bilər, belə ki ilk günlərdə yemək bişirməyə nə vaxt, nə də imkan olur.

Bax budur, mister Kvin vəfat edib: ailəyə yardım etmək lazımdır (adətən pul verirlər), tabut sifariş vermək, cənazəni son evinə yola salmaq lazımdır, kommuna arasında mərhumun evində növbə çəkmək üçün sıranın müəyyən edilməsi və s.

Doğum, ölüm, toy, uşaqların kollecə daxil olması, məzun gecələri, mikrorayonun stadionlarında keçirilən yerli futbol maçları, Müqəddəs Patrik Günü, yerli barlarda “Octoberfest”, Halloween, məhəllələr arasında hansı məhəllənin küçələri daha yaxşı bəzəyəcəyi uğrunda rəqabətin getdiyi Milad bayramı, Müstəqillik Günü …- bir sözlə görüşmək üçün bəhanə çoxdur.

ABŞ-da 314 mln insan yaşadığını nəzərə alsaq, böyük bir ictimai sistemin şahidi olarıq. Deyilişdə o qədər də böyük rəqəm kimi görünməsə də, əslində kifayət qədər böyük göstəricidir. Kommunaların yaranması kiçik şəhərlərdən başlayıb, rayon, şəhər, daha sonra ştat özünüidarə sistemlərinin formalaşmasına qədər gedib çıxır. Hamını bir şəxs kimi yalnız yeganə bir hiss – ölkəyə sevgi birləşdirir.

Bəli, amerikalılar həqiqətən də öz ölkələrini dünyanın ən yaxşı ölkəsi hesab edir. Onlar hansı isə tək-tük hallarda narazı qala bilər, hətta onlar öz ölkələrində səyahət etməyi üstün tuturlar, amerikalıların emiqrasiyası haqqında heç söhbət belə gedə bilməz. Amerikalı öz ölkəsini sevir və onu sevməyənə nifrət edir.

Ölkəyə sevgi isə – balaca qonşu icmalardan, hətta tanış olmayanlara belə “salam” və təbəssüm bəxş etməkdən, “mən sizə nə ilə kömək edə bilərəm”, “xoş gəlmisiniz” kimi cümlələrdən, tamamilə adi və gündəlik şeylərdən başlayır: ad günü, toy, dəfn, şənbə günləri, piknik, yeni məskunlaşma.

Artıq çoxdandır mən dərk edirəm ki, bütün bəşəriyyəti sevə bilmərəm. Təəssüf. Ən yaxşı halda bunun mənim üçün heç bir fərqi yoxdur. Lakin bu hiss mənə ailəmi, yaxınlarımı, dostlarımı, əziz qonşularımı, öz küçəmi və əla barmenli öz barımı, öz oldermenimi, mərhum mer Riçard Deylini, öz ştatımın senatorunu səmimi qəlbdən sevməyə güc verir.

Mən belə fikirləşirəm ki, bu bütün bəşəriyyətə duyulan sevgidən daha üstündür. əbəs yerə deyilməyib: sənə yaxın olanı sev!

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər