20 C
Baku
Wednesday, April 24, 2024

ABŞ dolları haqqında nəyi bilmək lazımdır

Frex valyuta bazarı oyunçular arasında olduqca populyardır. Reklam elanları bu bazara komissiyasız, fasiləsiz giriş və böyük mənfəətlər vəd edir. Bundan başqa, iştirakçılar oyun stimulyatoru – tədris akkauntu açmaqla öz vərdişlərini məşq edə bilərlər.

Lakin bütün üstünlüklər özündə risk ehtiva edir. Valyuta bazarı böyükdür, bu düzdür, lakin o da düzdür ki, hər hansı təzə başlayan treyder artıq minlərlə təcrübəli peşəkarla mübarizəyə qoşulur ki, onların əksəriyyəti iri banklarda, investisiya fondlarında işləyir. Forex dəqiq mərkəzləşməyə malik deyil. Hərrac iştirakçıları – banklar, brokerlər, investisiya fondlarının rəisləri və digər oyunçulardır, lakin eyni zamanda bazarın 75%-i 10 şirkət arasımda bölüşdürülmüşdür.

Hazır olmayan oyunçuların bazarda işi yoxdur, ona görə də, oyuna başlamazdan əvvəl investor bu və ya digər dünya valyutalarının xarakteristikalarını, onlara təsir edən iqtisadi mexanizmləri öyrənməlidir. Investopedia.com saytımım müxbiri Stiven Simpson beynəlxalq valyuta bazarının ən baş valyutası – ABŞ dolları haqqında danışır.

ABŞ dolları nədir?

ABŞ dolları – dünyanın baş ehtiyat valyutasıdır. Forexdə sövdələrin yarısı məhz onunla aparılır, lakin bundan başqa, dollar ticarət sövdələri bağlanarkən defolt valyutası kimi də çıxış edir. Bu, qəribə deyil, belə ki, Amerika iqtisadiyyatı dünyanın asılı olmayan, müstəqil iqtisadiyyatlarından ən böyüyüdür. Inkişaf sürətinə görə dünyada ikinci olan ÇXR iqtisadiyyatını o, üç dəfə qabaqlayır.

Bununla belə, ABŞ dolları heç də həmişə bu mövqedə durmamışdır. Ikinci Dünya müharibəsi ərəfəsində ingilis funt sterlinqi məhz bu mövqedə idi, lakin ABŞ-ın beynəlxalq arenada nüfuzu yüksəldikcə, “yaşıllar” da müharibədən sonra qüvvə toplamağa başladı.

Birləşmiş Ştatlarda mərkəzi bank rolunu ölkənin Federal Ehtiyat Sistemi (FES) (Federal Reserve System) oynayır. Dünyanın bir çox ölkələrində olduğu kimi, FES-in öhdəliklərinə iqtisadi artımın təmin edilməsi və inflyasiyaya nəzarət daxildir. ABŞ-ın nəhəng və rəngarəng istiqraz bazarı FES-in səlahiyyətlərini bir qədər mürəkkəbləşdirir, lakin bununla belə, ölkənin Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət bondları bütün dünyada risksiz investisiya kimi populyardır. ABŞ-da faiz dərəcələri kreditləşmə böhranı zamanı yüksək olmamışdı, lakin daim yüksək olan büdcə kəsiri və ölkənin daxili borcu gələcəkdə faiz dərəcələrinin artmasına səbəb ola bilər. FES-in hərəkətləri Amerika iqtisadiyyatının miqyası və ABŞ istiqraz bazarının gücünə görə bütün dünyada faiz dərəcələrinə təsir edə bilər.

Birləşmiş Ştatların iqtisadiyyatı

Amerika iqtisadiyyatının dünyada ən iri iqtisadiyyat olduğuna baxmayaraq, Birləşmiş Ştatlarda daşınmaz əmlak qovuğu partlayandan sonra onun liderliyinə təhlükə yaradan çoxlu sayda amillər meydana çıxdı. Prezident Bill Klintonun idarəçiliyinin son üç ilini və Corc Buş-oğulun birinci prezidentlik ilini hesaba almasaq, ABŞ-da 1950-ci ildən daim büdcə kəsiri və daxili borcun fasiləsiz artması müşahidə olunur.  Bundan başqa, ölkə iqtisadiyyatı üçün potensial problem sosial strukturlara ayırmalardır ki, bunlar sığorta və Social Security, Medicaid и Medicare tibb xidməti ilə bağlıdır.

Birləşmiş Ştatların iqtisadiyyatı – servis və ya postindustrial, malların yox, daha çox xidmətlərin istehsalına yönəldilmiş iqtisadiyyatdır. ABŞ ixrac edən ölkə kimi Çindən və Almaniyadan geridə qalır. Eləcə də bir çox Amerika istehsalları istehsalın aşağı dəyəri və iş qüvvəsinin aşağı dəyəri səbəbindən ölkə hüdudlarından kənara yerləşdirilmişdir. Bununla belə, texnologiyalar, maliyyə xidmətləri sahəsində Birləşmiş Ştatlar yenə də əvvəlki kimi heç bir ölkədən geri qalmır və ölkə iqtisadiyyatı bu sahələrdən çox asılıdır.

Dolları hərəkətə gətirən nədir?

Hazırda vəzifəsi valyuta kotirovkalarını, faiz dərəcələrinin dinamikasını, qiymətlərin səviyyəsini və s. qabaqcadan öyrənən bir sıra nəzəriyyə və iqtisadi modellər mövcuddur. Lakin təcrübədə bu modellər o qədər də yaxşı işləmir, halbuki treyderlərin spekulyativ fəallığı da valyuta kurslarına təsir edə bilər. Başqa sözlə, valyuta – təklif və qiyməti tələbin dəyişməsindən asılı olan əmtəə“dir.

Dolların dəyəri onun təkcə beynəlxalq ticarət proseslərində dünya valyutası rolunu oynamağı ile deyil, həm də bütövlükdə iqtisadi göstəricilərlə müəyyənləşdirilir. ABŞ iqtisadiyyatı nə qədər güclü görünürsə, dollar üçün o qədər əlverişli şərait yaranır və əksinə. Lakin bəzən iqtisadi göstəricilərin yüksək göstəricilərini heç də müsbət amillərə aid etmək olmaz – məsələn, inflyasiya yüksək olduqca vəziyyət pisləşir. Treyderlər ÜDM, ticarət balansı, inflyasiya və s. amillər göstərilən müntəzəm iqtisadi hesabatları da diqqətdə saxlamalıdırlar. İnternetdə bu məlumatları, eləcə də gələcək üçün iqtisadi proqnozları tapmaq mümkündür.

2011-ci ildə Birləşmiş Ştatların artan büdcə kəsiri və daxili borcla bacarmamağı ölkənin milli valyutasının alıcılıq qabiliyyətini şübhə altına qoydu.  Treyderlər dolların qiymətini qaldırdılar, ABŞ konqresi büdcə balansı və borcların səviyyəsinin aşağı düşməsinin qayğısına qaldı, lakin bütün dünyada hərbi xərclərin artması və ölkənin milli iqtisadiyyatının stimullaşdırılması dolları zəiflətdi və  qızıla olan “öküz” trendini yaratdı.

Bu amillərlə yanaşı, “yaşıl” da dünya hadisələrinin həm neqativ, həm də pozitiv  təsirlərinə məruz qaldı. Tarixi təcrübə göstərdi ki, ABŞ dolları qlobal qarışıqlıq dövründə, istər müharibə, istər siyasi qeyri-sabitlik və ya artan borclar olsun, xüsusilə möhkəmlənir. Və əksinə, dünya arenasında vəziyyət əlverişli və sabit olduqda, treyderlər Birləşmiş Ştatların iqtisadiyyatının nisbətən sağlam olduğunu nəzərə almaqla, dollarla yanaşı başqa investisiya alətləri də axtarmağa meyillidirlər.

Dolların unikallığı nədədir?

ABŞ dollarının dünya ehtiyat valyutası kimi unikal vəziyyətini nəzərə almamaq olmaz. Işlərin belə qurulması Birləşmiş Ştatlara inflyasiyanı “ixrac etmək” və eyni zamanda ölkənin daxili borcu üzrə aşağı faiz dərəcələrindən faydalanmaq imkanı verir. Bununla da ABŞ, eyni zamanda öz hərəkətlərinin nəticələrindən qaçır və qismən də bu hərəkətlərə görə məsuliyyəti öz üzərlərindən götürmüş olur. Lakin digər valyutalar da dünyada populyarlaşır ki, bu da Amerika üçün daha yüksək inflyasiya ehtimalını və ölkə daxilində faiz dərəcələrinin artımını yüksəldir, həmçinin dollara tələbi aşağı salır.

Bundan başqa, “baks” bir çox maliyyə alətlərinin tənzimlənməsində xüsusi paya malikdir. Beynəlxalq ticarət sövdələrini onun iştirakçılarına uyğun istənilən valyutalarda aparmaq mümkündür, lakin dünyanın bir çox bazarları, qızıl və neft bazarları da daxil olmaqla, ABŞ dolları ilə ticarət edirlər. Birləşmiş Ştatların maliyyə bazarının həcmi də böyük rol oynayır; səhm, istiqraz, opsion və əmtəə-xammal bazarlarının artmasına və bütün dünyada inkişaf etməsinə baxmayaraq, Amerika bazarlarının ölçüsü, likvidliyi, rahatlığı və şəffaflığı investorları cəlb edir və dolları beynəlxalq transaksiyalar valyutası kimi saxlayır.

Nəticə

Valyuta kotirovkaları proqnoza o qədər də yaxşı məruz qalmır, iqtisadi modellər isə çox vaxt  qısamüddətli perspektivə işləyir. Treyderlər qısa mövqelərdə oynayarkən iqtisadi modelləşdirmədən nadir hallarda istifadə edir, amma uzunmüddətli trendlər məhz iqtisadiyyatın vəziyyəti ilə müəyyən edilir.

2008-2011-ci illərdə Avropanın suveren borclar böhranı zamanı avro zəiflədiyi vaxt dollar investorlar üçün “sakit liman” nüfuzunu qaytardı və dünya ehtiyat valyutasi kimi öz mövqelərini bərpa etdi. Görünür, “yaşıl” gələcəkdə də beynəlxalq defolt valyutası statusunu saxlayacaq, belə ki, dünya iqtisadiyyatının “qızıl standartlara” qayıtması və ya Çin yuanının yeni ehtiyat valyutasına çüvrilməsi ehtimalı çox azdır.

Bütün bunlarla yanaşı qeyd etmək lazımdır ki, dollar əvvəlki kimi yüksək dəyərləndiriləcək. Amerika milli valyutasının dəyərliliyi ölkənin iqtisadi sağlamlığından və ABŞ hökumətinin daimi büdcə kəsiri və artan daxili borcla necə mübarizə aparacağından asılıdır. Bu zaman investorlar nəzərə almalıdırlar ki, dolların qiyməti heç də onun real dəyərinə bərabər deyil və gələcəkdə onun beynəlxalq arenada nəzərdə tutulan liderliyi iqtisadi amillərlə bərabər onun dəyərliliyinə də təsir göstərməkdə davam edəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər