26 C
Baku
Saturday, April 20, 2024

ABŞ-ın Azərbaycandakı səfirliyi mühacir vizaları lotereyasındakı saxtakarlıqla bağlı xəbərdarlıq edib

ABŞ-ın Bakıdakı səfirliyi Mühacir Vizası (MV) və Viza Lotereyası proqramının ərizəçilərinə göndərilən saxta elektron poçt və məktubların sayının əhəmiyyətli dərəcədə artması ilə bağlı əhaliyə xəbərdarlıq edib.

Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, bu cür saxta elektron poçt və məktubların müəllifləri MV proqramının ərizəçilərindən ödəniş əldə etmək üçün özlərini ABŞ hökumətinin nümayəndələri kimi təqdim edirlər.

Bu üzdən də potensial saxta müraciətləri müəyyən etməyə köməklik göstərmək üçün ərizəçilərə MV üzrə qaydalar və prosedurlar haqqında məlumatı nəzərdən keçirmək tövsiyə olunur.

Qeyd olunur ki, ərizəçilərə öz statuslarını yoxlamaq üçün MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə daxil olmalarını xatırlatmaq məqsədilə ABŞ hökuməti tərəfindən elektron poçt göndərilə bilər, lakin onlara MV iştirakçısına çevrilmələri barədə hər hansı xəbərdarlıq məktubu və yaxud elektron poçt göndərilmir. Ərizəçilər, MV proqramına olan müraciətlərinin qəbul olunub-olunmaması ilə bağlı məlumatı yalnız MV İştirakçısının Statusunun Yoxlanılması bölməsinə onlayn rejimdə aşağıdakı ünvandan daxil olaraq yoxlaya bilərlər: http://www.dvlottery.state.gov.

Səfirliyin xəbərdarlığında bildirilir ki, MV lotereyasına müraciət pulsuzdur, MV lotereyasının iştirakçılarından yalnız onlar lotereyada seçildikdən və Mühacir Vizasına müraciət edə biləcəkləri haqqında təlimat verildikdən sonra ödəniş etmək tələb olunur. Bu ödənişlər əvvəlcədən təyin olunmuş qrafik əsasında ABŞ səfirliyinin və yaxud konsulluğun kassasına ödənilir. ABŞ hökuməti heç bir halda ərizəçilərdən ödənişi çek, bank və yaxud poçt köçürməsi vasitəsilə əvvəlcədən həyata keçirməyi tələb etmir. Ərizə formasının təqdim olunması, mühacir vizası nömrəsinin verilməsi və yaxud vizanın alınmasını “vəd” verən xidmətlərin müqabilində tələb olunan istənilən ödənişlər fırıldaqçılıq məqsədi güdür. Əgər ərizəçilər MV proqramı ilə bağlı onlara edilən müraciətlərin qanuni olub-olmadığına əmin deyillərsə, bu halda onlardan [email protected] elektron poçtu vasitəsilə ABŞ səfirliyinin Konsulluq Şöbəsinə müraciət etmək xahiş olunur.

Həmçinin bildirilir ki, ABŞ-ın Bakıdakı səfirliyi MV ərizəçilərindən qeyri-qanuni ödənişlərin əldə olunması məqsədilə həyata keçirilən fırıldaqçılıq əməllərinin dayandırılması üçün yerli hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edəcək: “Əgər siz bu cür fırıldaqçılıq əməlinin qurbanı olduğunuzu hesab edirsinizsə və yaxud fırıldaq məqsədilə sizə müraciət olunubsa, xahiş edirik ki, bu haqda bizə “Facebook” səhifəmiz vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanına müraciət etməklə, məlumat verəsiniz”.

APA

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər