22 C
Baku
Thursday, April 25, 2024

ABŞ İran Mərkəzi Bankının sədrinə sanksiya tətbiq edib

ABŞ İrana qarşı yeni sanksiya tətbiq edib.

Modern.az-ın “Report”a xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyiməlumat yayıb.

Məlumata görə, ABŞ-ın sanksiya tətbiq etdiyi fiziki və hüquqi şəxslər sıyahısında İran Mərkəzi Bankının sədri Vəliyullah Seyfin də adı var. O, İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) dəstək verdiyinə görə “qara siyahı”ya düşüb.

Bundan əlavə, siyahıda üç ölkə – İran, İraq və Livan vətəndaşlarının da adları var. Onlardan ikisi SEPAH-a, biri isə “Hizbullah” təşkilatına dəstək verdiyi üçün sanksiyaya məruz qalıb.

Eyni zamanda mərkəzi qərargahı Livanda yerləşən Al Bilad İslam Bankının rəhbərliyindəki bəzi şəxslər də ABŞ-ın sanksiyaları ilə üzləşiblər.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də İranla 2015-ci ildə imzalanmış nüvə sazişindən çıxdığını açıqlayıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər