23 C
Baku
Tuesday, April 23, 2024

ABŞ Konqresi kriptovalyutanı tənzimləmək niyyətindədir

Hökumət tənzimləmə məsələsi ilə bağlı itirdiyi zamanı kompensasiya etmək istəyir

Bitcoin-ə olan beynəlxalq marağın kəskin artması ilə bağlı, ABŞ Konqresi aktivlərə daha effektiv nəzarət vasitələrini əldə etməyin yollarını ətraflı şəkildə araşdırmağa başladı. Çox nadir haldır ki, bu addım hər iki partiya tərəfindən dəstəkləndi.

Bu sistem, şübhəsiz ki, tənzimlənməlidir

Michael Rounds
Senatın Bank Komitəsinin üzvü

Kriptovalyutanın tənzimlənməsi və normativ nəzarəti hazırda Qiymətli Kağızlar və Birja üzrə Komissiya, Əmtəə Fyuçerslərinin Ticarət Komissiyası, ABŞ Maliyyə Nazirliyi, Federal Ehtiyat Sistemi kimi orqanlar, həmçinin ayrı-ayrılıqda ştatlar tərəfindən birgə həyata keçirilməlidir.

Halbuki, kriptovalyutayanın məsuliyyətı hər birinin üzərində olduğu halda, faktiki olaraq ona heç biri nəzarət etmir. Nəticədə, investisiyalar ilə spekulyativ ticarət tənzimlənməyən, “kölgə” bazarında inkişaf edir.

Virtual valyuta yenilik deyildir, lakin bu sahədə spekulyasiya kifayət qədər yeni anlayış olaraq 2017-ci ilin sonunda özünün ən yüksək inkişaf nöqtəsinə çatmışdır.

Hökumət tənzimləmə məsələsi ilə bağlı itirdiyi zamanı kompensasiya etməyə cəhd edir və artıq bu problemlə hansı qurumların məşğul olacağına dair qərar verir.

Bu məsələ ilə Qiymətli Kağızlar və Birja üzrə Komissiya məşğul olacaq. Yarım il bundan əvvəl biz bu məsələdə problem görmürdük, lakin bazar dəyişib

Bill Huizenga,
Respublikaçılar Partiyasının nümayəndəsi

Yaxın zamanda bu məsələ ilə bağlı məhkəmə prosesi keçiriləcək.

ABŞ hökumətinin bu tənzimləmə məsələsinə olan marağının son zamanlarda artması yeganə hal deyildir, bu məsələ bütün dünyada fəal şəkildə müzakirə olunur. Fransa və Almaniya kriptovalyuta mövzusunun G20-nin növbəti toplantısının gündəmində olmasını istəyirlər. İstənilən tənzimləməni inkar edən ultra-mühafizəkar Respublikaçılar belə rəqəmsal valyutanın xüsusi hal olduğunu qəbul etmişlər. Çünki onun kursu bütün iqtisadiyyatın stabilliyini sarsıda bilər.

Burada bitcoin və digər kriptovalyutaların təsnifatına əsasən tənzimləyici alətlər – qiymətli kağızlar və ya əmtəələr kimi bir sual var.

Burada bitcoin və digər kriptovalyutaların qiymətli kağız və ya əmtəə kimi  təsnifindən asılı olaraq tənzimləyici vasitələrinə dair sual yaranır.

Tənzimləmə həmçinin qiymətli kağızların yerləşdirilməsi üçün kifayət qədər etibarsız olduğuna dair şikayətlərə baxmayaraq, startup-lar üçün vəsait yığımı zamanı sevilən vasitə olan ICO-nun (ilkin valyuta təklifi) yaranması ilə də mürəkkəbləşir.

PAYSPACE MAGAZINE

Koreyadan aldığımız xəbərlərə əsasən, bitcoin-in qiymətinin 11 min ABŞ dollarına çatdığı və artmağa davam etdiyi bildirilmişdir. Beləliklə, Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəhbəri kriptovalyuta ilə “normal” ticarəti dəstəkləndiyini bildirib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər