15 C
Baku
Saturday, April 27, 2024

“ABŞ önəmli ticarət tərəfdaşımızdır, ancaq tək deyil”

Türkiyənin ticarət naziri Ruhsar Pekcan ABŞ-ın sanksiyalarına 533 milyon dollar həcmində gömrük vergisi ilə cavab verdiklərini bəyan edib.

Pekcan idxalda 22 maddə üzrə vergini iki dəfə artırdıqlarını açıqlayıb.

Onun sözlərinə görə, vergi artımları 533 milyon dollar səviyyəsindədir.

Nazir Türkiyə şirkətlərinin mənafelərini müdafiə edəcəklərini bəyan edib:

“ABŞ-ın sanksiyalarına lazım gələn cavabı verəcəyik. Polad və alüminiuma əlavə verginin tətbiqi bu ölkənin öz şirkətlərini də vuracaq. Düzdür, ABŞ xarici ticarətdə önəmli tərəfdaşımız ola bilər, ancaq tək deyil. Alternativ ticarət tərəfdaşları, bazarlar tapacağıq”.

Qeyd edək ki, ABŞ-dan idxal edilən mallara tətbiq edilən rüsumları 100 faiz artırılıb. Ən böyük artım alkoqollu içkilərdə və nəqliyyat vasitələrində olub. Alkoqolda 140, bütün növ nəqliyyat vasitələrinə 120 faiz artım qərarı verilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər