14 C
Baku
Saturday, April 27, 2024

ABŞ Rusiyaya borc almağı da qadağan edəcək

ABŞ Konqresi Rusiyanın dövlət borcuna və dövlət banklarına qarşı sanksiyalar paketi hazırlayır.

“Lenta.ru”ya istinadən, qanun layihəsi qəbul edilərsə, amerikalı fiziki və hüquqi şəxslərə Rusiyanın borc öhdəliklərini və istiqrazlarını almaq qadağan ediləcək.

Sanksiyalar Rusiya Mərkəzi Bankı, Maliyyə Nazirliyi və Milli Rifah Fondu tərəfindən buraxılmış və dövriyyə müddəti 14 gündən artıq olan qiymətli kağızlara şamil ediləcək.

Həmçinin “Sberbank”, VTB, “Qazprombank”, “Bank Moskvı”, “Rosselxozbank”, “Promsvyazbank” və “Vneşekonomnbank”ın istiqrazlarını almaq qadağan ediləcək. Bu dövlət bankları ilə istənilən əməliyyatlara qadağa qoyulacaq.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər