ABŞ Rusiyaya qarşı “yumşaq siyasət” mərhələsini başa çatdırdığını elan etdi

ABŞ MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) direktoru, dövlət katibi namizədi Mike Pompeo konqresə yazılı ifadəsində bildirib ki, Rusiyanın “aqressiv siyasəti” ABŞ-ın “uzun illər yumşaq siyasətinin” nəticəsidir.

“ABŞ-ın Rusiyaya qarşı “yumşaq siyasət”inin vaxtı başa çatdı. Vladimir Putin üçün qiymətlərin artırılması üzrə idarəmizin fəaliyyət siyahısı uzundur”, – deyə Pompeo bildirib.

RİA Novosti məlumat verir ki, Tramp administrasiyasının əsas nailiyyətləri arasında Pompeo – sanksiyalar, diplomatların geri göndərilməsi, ABŞ ordusunun və nüvə silahlı qüvvələrinin yenidən qurulması, həmçinin “Ukrayna və Gürcüstanda rus ekspansionizminə qarşı olan cəsur gənclərin silahlandırılması”nı göstərmişdir.

Pompeo bu siyahının genişlənəcəyinə ümid edir və əmindir ki, Birləşmiş Ştatlar Rusiyanı əsaslı olaraq təhlükə hesab edir.

Pompeo hesab edir ki, “Rusiyaya qarşı diplomatik münasibətlərimiz mürəkkəb olacaq, lakin əvvəllər də Moskva ilə qarşıdurma hallarında olduğu kimi, onlar davam etməlidirlər”.   

Xatırladaq ki, aprelin 11-də ABŞ-ın prezidenti Donald Tramp Twitter səhifəsində Rusiyaya Suriya üzərinə raket hücumuna hazırlaşmağı tövsiyə edib, sonra isə əlavə edib ki, hazırda Moskva ilə Vaşinqton arasındakı münasibət Soyuq müharibə dövründən daha pisdir.

📝 RƏY BİLDİR