26 C
Baku
Wednesday, April 24, 2024

ABŞ Senatı kriptovalyuta birjalarını müzakirə edəcək

ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Komissiyasının (SEC) rəhbəri Cey Kleyton (Jay Clayton) bu gün Senatda başçılıq etdiyi qurumun kriptovalyuta birjalarının federal səviyyədə tənzimlənməsinə açıq olduğunu bildirəcək. “Forklog.com” saytına istinadən, bu barədə Kleytonun ABŞ Senatının Bank nəzarəti Komitəsinin saytında dərc olunan çıxışında bildirilir.

Qeyd edək ki, hazırda ABŞ-da kriptovalyuta birjaları pul köçürmələri xidməti kimi qeydiyyatdan keçir. Onlar da SEC-in və eləcə də Təcili birja ticarəti Komissiyasının (CFTC) birbaşa nəzarətinə daxil olmur.

Həmçinin saytda bildirilib ki, Kleyton bugünkü məruzəsində kriptovalyuta bazarının fond birjaları ilə oxşarlığını vurğulayacaq. SEC rəhbəri həmçinin ilkin yerləşdirmə ilə bağlı (ICO) və kriptovalyuta əsaslı birja investisiya payları barədə fikir bildirəcək. SEC sədri innovasiyalara açıq olduqlarını və investorların maraqlarını qoruyacaqlarını səsləndirəcək.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər