ABŞ tarixinin ən nəhəng bank cərimələri

Banker.az saytı ABŞ tarixində bankların müştərilərinə ödəməli olduqları ən nəhəng cərimə tarixçələrini təqdim edir:

  1. JPMorgan Chase: $5,29 milyard

2012-ci ilin fevral ayında 49 ştat və federal rəhbərlik tarixə “National Mortgage Settlement” (Milli İpoteka nizamnaməsi) adı ilə daxil olmuş razılıq əldə edib. Razılıq JPMorgan Chase də daxil olmaqla, ölkənin 5 nəhəng bankı ilə bağlanır. Bu nizamnamə böyüklüyünə görə ABŞ tarixində ikinci olur. 5 bank 26 milyard dollar həcmində cərimə ödəməyə razı oldu. JPMorgan Chase bankının payına isə 5,29 milyard dollar düşür. Qeyd edək ki, banklar bu zaman robo-signing-də iştirak etməkdə ittiham edilimişdi.

  1. Credit Suisse: $5,3 milyard

Credit Suisse bankı maliyyə böhranından əvvəl “toksik” borcların satılması ilə bağlı araşdırma çərçivəsində 5,3 milyard dollar cərimə ödəməyə razılıq vermişdi.

  1. Wells Fargo: $5,35 milyard

Wells Fargo bankı isə National Mortgage Settlement çərçivəsində 26 milyard dollar cərimə ödəməyə təhkim edilib. Bank robo-signing ilə yanaşı, fırıldaqçılıqda, həmçinin ipoteka ilə bağlı vacib sənədlərin itirilməsində ittiham edildi.

  1. Deutsche Bank: $7,2 milyard

Deutsche Bank 2016-cı ilin dekabr ayında ipoteka bazarında iflas ərəfəsində “toksik” aktivlərin satılmasına görə cərimə qismində 7,2 milyard dollar ödəməyə məhkum edildi. Deutsche Bank ötən ilin sentyabr ayında vəkil xidmətləri ilə bağlı xərclərə təqribən 6,2 milyard dollar xərclədi.

Bu məbləğin heç də hamısı ABŞ Ədliyyə departamentinə ödənilməyəcək. Təqribən 4,1 milyard dollar kreditləşmə şərtlərinin dəyişdirilməsi və növbəti 5 il ərzində müştərilərə endirimlərə sərf ediləcək.

  1. Bank of America: $8,5 milyard

Bank of America 2008-ci ildə maliyyə böhranından əvvəl nəhəng ipoteka kreditoru Countrywide şirkətini əldə etdi.

2011-ci ildə isə Bank of America bankı Countrywide şirkətinin substandart ipoteka aktivlərinin satışı ilə bağlı 174 milyard dollarlıq problemlərini ödəmək üçün 8,5 milyard dollardan çox vəsait ödəməyə razı oldu.

  1. BNP Paribas: $8,9 milyard

2015-ci ildə fransız bankı “International Emergency Economic Powers Act” və “Trading with the Enemy Act” aktlarının pozulmasında ittiham edilir. Bank ilk olaraq 2004-cü ildən 2012-ci illərə qədər Kuba, İran və Sudan tərəfindən sanksiya edilir.

  1. Bank of America: $11,8 milyard

Bank of America bankı National Mortgage Settlement çərçivəsində 11,8 milyard dollar cərimə ödəyib. Bank cərimə ilə yanaşı, hər bir ipotekanı 100 min dollar həcmində endirdi. Bu zaman digər banklar orta hədlə 20 min dollar endirmişdi.

 

  1. JP Morgan Chase: $13 milyard

JP Morgan bankı 2013-cü ilin oktyabr ayında federal tənzimləyicilər ilə razılığa gəldi və nəticədə bank iri həcmli cərimə ödəməli oldu.

Bank bu cəzanı resessiya zamanında ucuz qiymətə Bear Stearns və Washington Mutual şirkətlərini almasına görə “qazandı”. Bundan əlavə, JPMorgan bu iki bankın mövcud və gələcək öhdəliklərini də öz üzərinə götürdü.

  1. Bank of America: $16,65 milyard

Nu nəhəng cərimə şirkət və Amerika rəhbərliyi arasında mübahisənin tənzimlənməsi üzrə ABŞ tarixində ən iri həcmli cərimə oldu.

Bu cərimənin də səbəbi substandart ipoteka borclarının satılması oldu. Belə ki, bu borcların əksəriyyəti Countrywide və Merrill Lynch şirkətlərinin Bank of America tərəfindən alınmazdan əvvəl onlara satılmışdı.

 

📝 RƏY BİLDİR