13 C
Baku
Friday, April 19, 2024

ABŞ tarixinin ilk böyük PR işi, Ludlow Qırğını və Rokfellerin şəxsi imic kampaniyası barədə Çap

Müəllif: Kənan Kərimzadə

1913-cü ildə Koloradoda kömür mədəni işçiləri və ailələri etiraza başlayır. Onların tələbləri maaşlarının 10% qaldırılması və 8 saatlıq iş rejiminə keçmək idi. Tətil bir neçə ay davam edir. Mədənin sahibi Rockefeller ailəsinin əmri ilə qanqsterlər və Kolorado milli qvardiyasının nümayəndələrindən ibarət silahlanmış dəstə düşərgəyə hücum edərək etirazları yatırır. Etirazçıların evləri yandırılır, hərəkatın önündə gedən fəallar tutulur və öldürülür. Mənbələrin dediyinə görə qadın və uşaqlar daxil olmaqla öldürülənlərin sayı 66 nəfər, yaralıların sayı isə bəlli olmayacaq qədər çox idi. 

Olaylar Rockfellerin şəxsi imicinə böyük zərbə vurur. Zədələnmiş reputasiyasını qaldırmaq üçün jurnalist və yazar Ivy Lee (bir çoxlarına görə müasir ictimai əlaqələrin-PR-ın atası hesab olunur) işə götürülür.

Yeni icra olunan proqrama görə mədənlərdə və ailənin digər bizneslərində çalışan hər bir işçinin rəy və narazılığı nəzərə alınmalı, mətbuata obyektiv informasiya verilməli və bütün imkanlardan istifadə edərək Rockfeller-in şəxsi reputasiyasını qaldırmaq hədəflənməli idi. Nəticə o zaman uğurlu sayılacaqdır ki, Rockefeller ictimaiyyətin gözündə daha “qəddar Şah” obraz kimi canlanmasın. Zamanla milyarder barədə “hörmətcil və alicənab qoca adam”, “təbiətsevər, inanclı və Allahına sadiq”, “ağıllı və şeirləri sevən” imici formalaşdırılmağa başlayır və mətbuatda minlərlə belə oxşar başlıqlı yazılar peyda olur.

 Ivy Lee tərəfindən hazırlanan materiallarda milyarder sadə və xalqdan biri kimi görünür, din barədə danışır, nəvə və uşaqları ilə görünür, müxtəlif hobbiləri barədə zarafatyana söhbətlər aparır, xeyriyyə kampaniyalarına verdiyi böyük məbləğlər barədə qeydlər öz əksini tapırdı.

Beləcə ABŞ-da ilk geniş PR işi uğurlu alınır, Rockefellerin imici dəyişdirilərək alicənab maqnat formasına keçir.

Son xəbərlər
Digər xəbərlər