19 C
Baku
Thursday, April 25, 2024

ABŞ ticarəti Rotşildlərin məsləhətçisinə etibar edildi

ABŞ ticarəti Rotşildlərin məsləhətçisi və “bankrotlar kralı” Wilbur Ross-a həvalə edilib.

ABŞ prezidenti Donald Trump öz kabinetinin tərkibini özünə uyğun olaraq tərtib edib. Belə ki, yeni administrasiyaya daxil olan nazirlər, məsləhətçilər və digər mütəxəssislər (əksəriyyəti iqtisadi sahədə) əvvəllər siyasət ilə yaxından-uzaqdan əlaqəyə sahib olmayıblar. Növbəti belə bir məmur-kapitalist Ticarət nazirliyinə rəhbər təyin edilən milyarder Wilbur Ross oldu. O Fortune versiyasına görə dünyanın 500 ən varlı şəxsi siyahısına daxildir. Bloomberg versiyasına görə isə, Ross-un kapitalı 2,9 milyard dollar təşkil edir.

Ross senatın dəstəyini qazanıb (72 lehinə, 27 əleyhinə). Maraqlıdır ki, Wilbur Ross keçmişdə sabit olaraq demokratların donoru olub və seçki qabağı kampaniyalarda onlara yez minlərlə vəsait ayırıb. Bundan əlavə, o Bill Clinton administrasiyası ilə əməkdaşlıq edirdi. Donald Trump prezident seçkilərində iştirak etmək niyyətini elan etdikdə, Ross həmin an ona öz dəstəyini təklif etdi.

Hər iki milyarder uzun zamandır tanışdırlar. 1990-cı illərin əvvəlində, hələ Rotşildlərin investisiya bankiri olan Wilbur Ross Trumpın kazinosu ilə birləşmiş şirkətə antiböhran meneceri təyin edilmişdi. Oyun müəssisələri defolt vəziyyətində idilər və Ross tam müflisliyə yol vermədən problemi aradan qaldıra bilir.

1990-cı illərin sonunda Ross şəxsi fondunu yaradır və adi böhran məsləhətçisindən investor pilləsinə yüksəlir. O bu dövr ərzində sərvətini bir neçə dəfəyə qədər artırmağa nail olur.

Ross XXI əsrin ikinci on illiyində Avropa borc böhranında yeni imkanlar aşkar edir. Bir çox avropalı aktivlər, həmçinin bank aktivləri iflas həddində idi. Ross-un fondu dəyərdən düşmüş maliyyə strukturlarını fəal şəkildə almağa başlayır. Bunlar sırasında Bank of Ireland, Northern Rock, həmçinin Bank of Cyprus var idi. Ross-un Britaniya adalarındakı aktivləri qısa zaman ərzində gəlir qazandırmağa başlayır. O Bank of Irelanddan təqribən 500 milyon avro əldə etmişdi.

Qısası, Ross çox saylı sənaye müəssisələri ilə iş təcrübəsinə sahibdir.

Wilbur Ross Trumpın ABŞ-ın daxili ticarəti ilə bağlı əksər sullar üzrə pozisiyasını aydınalşdırır. O izah edib ki, sərbəst ticarətə qarşı deyil, çünki bu amerikalı işçilərin maraq çərçivəsindədir. Lakin bununla belə, o dəfələrlə vurğulayıb ki, ticarət məntiqli olmalıdır.

Maraqlıdır ki, Ross ilk növbədə TransSakitokeanı tərəfdaşlığını dəstəkləyirdi, lakin müqavilə ilə yaxından tanış olduqdan sonra belə bir nəticəyə gəldi ki, bu tərəfdaşlıq ABŞ maraqlarına ziddir. Trumpın müqaviləni ləğv etmək qərarını bütünlüklə dəstəkləyirdi.

Amerika üçün digər əhəmiyyətli biznes məsələsi olan Sərbəst ticarət haqqında Şimali Amerika müqaviləsinə (NAFTA) gəldikdə isə yeni nazir Amerika maraqlarına zidd olan vəhətlərin araşdırılması tərəfdarıdır. Bu isə NAFTA üzrə partnyorlar olan Kanada və Meksika ilə münasibətlərin çətinləşməsi deməkdir.

Ümumilikdə, Ross hesab edir ki, amerikalı istehsalçını yalnızca idxalı azaltmaqla deyil, həmçinin ixracı genişləndirmək və inkişaf etdirmək ilə dəstəkləmək lazımdır. Artıq uzun illərdir ki, ABŞ özü istehsal edə biləcəyi məhsulları xarici ölkələrdən almaqla ticarət balansına mənfi təsir etməkdədir. ABŞ-ın öz məhsullarını istehsal etməsi üçün hər şeyi var: pulu, texnologiyası və yüksək ixtisaslı işçi qüvvəsi.

Ross-un əsas tapşırıqlarından biri ABŞ-ın özünün öz məhsullarını istehsal etdiyi illərə geri qaytarmaqdır. Bu tapşırıq asan olmasa da, Vaşinqton əmindir ki, bunu edə bilər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər