16 C
Baku
Thursday, April 25, 2024

Abşerona və Xırdalana ümümilikdə 13 mln. manat ayrıldı – Sərəncam

Sərəncamda deyilir ki, ölkədə regionların tarazlı və dayanıqlı inkişafını təmin etmək, əhalinin sosial rifahını yüksəltmək, eləcə də cəmiyyətin bütün istiqamətlərdə tərəqqisini sürətləndirməklə, inkişafın keyfiyyətcə yeni modelini formalaşdırmaq Azərbaycan dövlətinin fəaliyyətində mühüm istiqamətdir. Bu məqsədlə qəbul olunmuş dövlət proqramlarının uğurla icrası nəticəsində regionlarda, paytaxtda və qəsəbələrdə, eləcə də Abşeron rayonunun qəsəbə və kəndlərində kommunal infrastrukturun yenidən qurulması, əhalinin içməli su ilə təminatının yaxşılaşdırılması, mövcud su təchizatı sistemlərinin sabit işləməsi yönündə əhəmiyyətli tədbirlər görülmüşdür.

Həmin tədbirlərin davamı olaraq, Ceyranbatan su kəmərindən Bakı şəhərinə saniyədə 1,8 kubmetr suyun nəqlinə imkan verəcək diametri 1200 mm, uzunluğu 9,5 km olan magistral su kəmərinin 4,25 km-lik birinci hissəsinin inşası, tikintisi tamamlanmış “+105 Saray supaylayıcı kamerası”nın mövcud su təchizatı sistemi ilə əlaqələndirilməsi üçün diametrləri 1400-1600 mm, uzunluğu 3,05 km olan magistral su kəmərlərinin, diametri 800 mm, uzunluğu 1,45 km boşaltma xəttinin inşası və yarımadanın su təchizatı üçün müstəsna əhəmiyyətə malik Ceyranbatan və Kür sutəmizləyici qurğularında istismar müddətini keçmiş yüksək məhsuldarlıqlı (6 ədəd 1,0 m³/san, H=130 m və 5 ədəd 1,0 m³/san, H=150 m) nasos avadanlıqlarının dəyişdirilməsi zərurəti yaranmışdır.

““Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” A.R Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 10,1 milyon (on milyon bir yüz min) manat ayrılsın.” – deyə sərəncam da deyilir.

Bundan əlavə, digər sərəncamda deyilir ki, Xırdalan şəhərində 23 çoxmənzilli binanın əsaslı təmiri işlərinə başlanılması üçün podratçı təşkilatlara zəruri avansın ödənilməsindən ötrü Respublikanın 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş A.R Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etməsi, Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll edilməsi tapşırılıb.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər