21 C
Baku
Thursday, April 25, 2024

Absurd “rəsmlərə” verilən milyonlar

Aşağıda göstərilmiş rəsm nümunələri ilk baxışdan azyaşlı bir uşaq tərəfindən çəkilmiş cızma-qara rəsmləri xatırlatsalar da bu rəsmlərə fantastik məbləğdə pullar ödənmiş, hətta inanılmaz, dəbdəbəli adlar qoyulub dünyanın ən məşhur sərgilərində nümayiş olunmuşlar.

 1. Lusio Fontananın 1,5 milyon dollarlıq “Məkan konsepsiyası, gözləmə”.

risukn1

Lusio Fontananın “Məkan konsepsiyası, gözləmə” adlı əsəri Londondakı hərracda yarım milyon dollara satıldı. Bu rəsm əsəri kətan üzərində əks olunmuş eyni rəngli kəsiklərdən ibarətdir. Hər kəsi düşündürən sual budur ki, şəkil üzərində bir neçə kəsik daha yaradılsa rəsmin qiyməti qalxacaqmı?

2. Gerhard Richterin 1,1 milyon dollarlıq “Al qırmızı güzgü”

risnk2

“Güzgü” 1,1 milyon dollara satıldı. Gerhard Richterin digər sənət əsərlərinin dəyərlərini yada saldıqda, bu rəsmin dəyəri anlaşılmaz qalır. Bu ki sadəcə güzgü üzərinə vurulmuş qırmızı boyadan başqa bir şey deyil, elə deyilmi? Ola bilsin ki, bu şəkili milyon dollar ödəyərək alan kolleksiyaçı güzgüdə öz əksini qeyri-standart rənglərdə görmək istəyib.

3. Ellvsvort Kellinin 1,6 milyon dollarlıq “Yaşıl ləkə” rəsmi.

pisnun3

Bu rəsm əsəri 1,6 milyon dollara satılıb. Məlum olduğu kimi, Ellsvort Kellin bir çox əl işlərini baha qiymətə satmağa nail olmamışdı, lakin bu əsər istisnalıq təşkil edir. Rəsmdə deformasiya olunmuş dairə təsvir olunmasına baxmayaraq, bu “sənət əsəri”nə yüksək qiymət verərək milyonlarla pul ödəyən tapılıb. Bu qiymətə hətta Taitidə balaca bir ada da almaq mümkündür.

4. Mark Rotkonun 28 milyon dollara “Adsız” (1961) əsəri

pisknk4

Mark Rotkonun bu əsəri hərracda 28 milyon dollardan baha satıldı. Bu rəsmi “dəhşətli” adlandırsaq mübaliğə etmiş olarıq, lakin “darıxdırıcı” anlayışı bu rəsmi tam olaraq izah edir. Cəmi bir il rəssamlıq təhsili almış övladınız evə belə bir “şah əsər”lə gəlsəydi münasibətiniz necə olardı? Məsələn: fəxr edərək evinizin divarından asardınız, yaxud “Pis deyil, lakin gələn dəfə bir az anlaşıqlı çəkməyə çalış” deyərdiniz.

5. Blinki Palermonun “Adsız” əsəri – 1,7 milyon dollar

piskn5

Bu rəsm hərracda 1,7 milyon dollara satılıb. Palermonun digər əsərləri kimi “Adsız” əsəri də rəngarəng zolaqların birləşməsindən ibarətdir. “Palermonun əsəri ruhsuz ştrixlərdən ibarət olub, tamaşaçılara heç bir zövq vermir. Buna baxmayaraq, rəsm insanları aydın, rəng baxımından sabit olduğu üçün cəlb edir” deyə tənqidçilərdən biri bu rəsmi təhlil etmişdir. Əhsən! İnanılmazdır ki, kimsə element baxımından çox da zəngin olmayan bu əsəri təhlil etmiş və hətta onun müsbət cəhətlərini də tapmağı bacarmışdır.

6. Con Mironun 2,2 milyon dollarlıq “İt əsəri”

piskn6

Con Mironun bu rəsmi hərracda 2,2 milyon dollara satılmışdı. Mironun digər möhtəşəm əsərlərini yada saldıqda bu rəsm bizə qeyri-adi təsir bağışlayır. Kolleksionerin bu əsəri nə səbəbə aldığını başa düşmək çətindir. Ola bilsin ki, o öz mülkiyyətində məşhur rəssamın irsindən olan bir rəsmə sahib olmaq istəyib.

7. Barnett Newman, “Bəyaz alov I” əsəri, 3,8 milyon dollar

pisknk7

Barnett Newmanın “Bəyaz alov I” əsəri 3,8 milyon dollara əldə olunub. Əsərin adı “Bəyaz alov” öz mənşəyini Tövratdan götürən mistik termindən qaynaqlanır. Mümkündür ki, Newman bu termindən bəhrələnərək, öz hisslərini bu ad altında nümayiş etdirmək istəyib. Həqiqətənmi görəsən boş kətan üzərində iki xətt Tövrata olan sıx bağlılığı əks etdirə bilirmi?

8. Say Tvombl, 2,3 milyon dollarlıq “Adsız” əsəri

piskn8

Say Tvomblin bu rəsm əsəri Kristi hərracında 2,3 milyon dollara satıldı. Bu sənət əsəri kağız üzərində rəngli qələmlərlə işlənilmiş və daha çox uşaqların bağçada ilk hərfi yazmağa cəhdlərini xatırladır. Rəsmə yan tərəfdən baxdıqda azyaşlı bir uşağın “e” hərfini yazmağa çalışdığının şahidi oluruq, elə deyilmi?

9.Ellsvort Kelli, 1,7 milyon dollarlıq “Kavboy” əsəri

pisnk8

Ellsvort Kellinin bu rəsmi hərracda 1,7 milyon dollara satıldı. Kelli öz tərzini yaratmamışdan öncə 4 il Boston və Paris muzeylərində rəsm sənətini öyrənmişdi. O kətan üzərində sadəcə bloklardan ibarət olan bir tərz yaratmaq qərarına gəldi. Bu işdə peşəkar olmayanlar kağız üzərində çoxyönlü blokların təsvir olunmasını doğru seçim hesab etməyə bilərlər. Estetik cəhətdən olmasa da, bu rəsm maddi baxımdan Kelliyə böyük qazanc gətirdi.

10. Kristofer Bul, 5 milyon dollarlıq “Blue Foll” əsəri

pisnkn9

Simvolik adlı bu əsər məqalənin adına uyğun ən layiqli nümunədir. Rəsm hərracda 5 milyon dollar nağd ödənilərək alınıb. Hər halda kətan üzərində belə sözlər yazmaqda ustalaşmış Kristofer rəsmi alındıqda təbəssümünü gizlədə bilməyib. Əhsən, Kristofer! Üzərində mavi rənglə aydın olaraq “Fool” yazılmış rəsmi kiməsə satmaq böyük uğurdur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər