22 C
Baku
Thursday, April 25, 2024

AccessBank-dan super hədiyyələr qazanmaq üçün tələsin

Ölkə ərazisində və ya kənarda alış-veriş etməklə smartfon qazanmaq istəyirsiniz? İnternet üzərindən məhsul sifariş etməklə planşet udmaq istəyirsiniz? Dostlarınızla nahar etməklə Antalyaya səyahət etmək şansı əldə etmək istəyirsiniz?

Bu imkanı Sizə AccessBank-ın keçirdiyi tirajlı lotereya yaradacaq!

AccessBank 15 yaşı münasibəti ilə, müştərilərinə 8 ədəd Samsung Galaxy planşeti, 4 ədəd Apple IPhone 7 smartfonu və 2 ədəd Türkiyənin Antalya şəhərinə 2 nəfərlik səyahət vauçeri qazandıracaq “Bu yay üzünüzə güləcək!” adlı kampaniyaya başlayır.

Lotereyada iştirаk etmək üçün fiziki şəxslər AccessBank-dan əldə etdikləri Mastercard ödəniş kartı ilə 22 iyun – 20 avqust (daxil olmaqla) tarixləri ərzində ölkə ərazisində və xaricində yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, İnternet üzərindən məhsullar və ya xidmətlər üzrə nağdsız əməliyyat etməlidirlər.

Lotereyada iştirak hüququ qazanmaq üçün qeyd olunan tarixlər arasında edilən alış-veriş və onlayn ödəniş məbləğlərinin cəmi dəyəri minimum 20 AZN olmalıdır. Ümumi dəyəri 20 AZN olan müxtəlif ödənişlərin cəmi kart sahibinə 1 iştirak şansı qazandırır. Şansların sayı məhdudlaşdırılmır.

Lotereya 2 tirajdan ibarətdir və 22 iyun – 20 iyul (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar 31.07.2017-ci il tarixli tirajda, 2017-ci ilin 21 iyul – 20 avqust (daxil olmaqla) tarixləri ərzində həyata keçirilən əməliyyatlar üzrə əldə edilmiş şanslar isə 30.08.2017-ci il tarixli tirajda iştirak edəcək.

Rəqabətqabiliyyətliliyi ilə seçilən və geniş çeşiddə olan AccessBankın Mastercard ödəniş kartları vasitəsilə myAccess onlayn bankinq, SMS-məlumatlandırma, Card-to-Card, Cash by Code, 3D Secure və s. xidmətlərdən istifadə etmək mümkündür.

Ödənişlərinizi AccessBank-ın Mastercard plastic kartları ilə edin bu yay üzünüzə gülsun!

Lotereyanın şərtləri

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər