15 C
Baku
Friday, March 29, 2024

“AccessBank” iki nəfərə “iPhone X” qazandırır – KAMPANİYA DAVAM EDİR

Ötən ilin noyabr ayının 27-dən etibarən start götürən “Hər tərəfdən sərfəli!” kampaniyası böyük marağa səbəb olub. Bildiyiniz kimi, cari ilin yanvarın 31-dək davam edən kampaniya çərçivəsində “Mastercard Debit”, “Mastercard Standard”, “Mastercard Gold”, “Visa Classic” və “Visa Gold” plastic kartları müştərilərə 50% endirimlə təklif olunur. Kampaniyada iştirak edən şəxslər yarı qiymətə plastik kart əldə etməklə yanaşı, “iPhone X” udmaq şansını da qazanırlar.

Ötən ilin dekabr ayı ərzində müştərilər tərəfindən əldə olunan kartların sayı orta aylıq göstərici ilə (ötən 3 ay) müqayisədə 47% artıb. Bu isə kampaniyaya ciddi marağın olmasından xəbər verir. Kampaniya başa çatanadək bu göstəricinin artması artıq şübhə doğurmur.

Qeyd edək ki, kampaniyada iştirak etmək üçün “AccessBank” tərəfindən dövriyyəyə buraxılmış “Visa” və “Mastercard” ödəniş kartları vasitəsilə (maaş kartları və biznes kartları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində və ölkədən kənarda yerləşən istənilən ticarət-xidmət müəssisəsində, həmçinin, internet üzərindən məhsullar və ya xidmətlər üzrə 20 AZN və ya ondan yuxarı məbləğdə əməliyyatlar aparmaq (kampaniyada iştirak etməyən əməliyyatlar istisna olmaqla) kifayətdir. Ən çox sayda və ən böyük məbləğdə əməliyyat edən iki müştərinin hər biri yeni “iPhone X” smartfonu qazanacaq.

Kartlar üzrə tariflərlə bu linkdən tanış olmaq olar.

“Hər tərəfdən sərfəli!” kampaniyası barədə daha ətraflı məlumatı bu link vasitəsilə əldə etmək mümkündür.

Son xəbərlər
Digər xəbərlər