12 C
Baku
Thursday, March 28, 2024

AccessBank-ın xidmətləri eManat terminallarında

AccessBank Modenis MMC (eManat) ilə əməkdaşlığa başlayıb.

Artıq bankın müştəriləri eManat terminalları vasitəsilə kreditlərini ödəyə, hesablarını artıra bilərlər.

Qeyd edək ki, eManat terminalları vasitəsilə kredit ödənişləri ilə yanaşı, aşağıda qeyd olunan xidmətlər də müştərilərin ixtiyarına verilib:

  • Cari hesablara mədaxil;
  • Kredit kartlarına ödənişlər və mədaxil;
  • Debit kart hesablarına mədaxil;
  • “Əlverişli” əmanət hesabına mədaxil;
  • Yığım əmanətinin artırılması.

 

Müştərilər AccessBank-ın məhsullarından istifadə etmək üçün terminalda “AccessBank” bölməsinə daxil olmalı və müştəri növünə uyğun növbəti məlumatları əlavə etməlidir:

  • Fiziki şəxlər (və fərdi sahibkar) – müştəri kodu və şəxsiyyəti təsdiq edən sənədin seriyası;
  • Hüquqi şəxslər- müştəri kodu və VÖEN;

Terminallardan istifadə zamanı:

  • Minimal yatırım məbləği 1 AZN, maksimal məbləğ 800 AZN təşkil edir;
  • Terminal yalnız AZN əskinasları qəbul edir. Valyuta hesablarına mədaxil olunan vəsaitlər bankın həmin günə olan satış məzənnəsinə əsasən həyata keçirilir;

Kredit və yığım əmanəti üzrə hesablara mədaxil aylıq ödəniş çərçivəsində müəyyən olunur.

Son xəbərlər
Digər xəbərlər