21 C
Baku
Tuesday, April 16, 2024

AccessBank-ın sabiq əməkdaşı Latviyanın Dövlət Gələriləri Xidmətinin rəhbəri təyin olunur

Latviyanın maliyyə naziri Dana Reyznietse-Ozola Maris Skuinşin namizədliyini Dövlət Gəliləri Xidmətinin baş direktoru vəzifəsinə irəli sürüb.

Bu barədə məlumat, Accessbank-ın (Azərbaycan) İctimayyətlə Əlaqələr üzrə rəhbəri İlkin Əhmədov tərəfindən bildirilib.

Məlumata görə, bu barədə nazir M. Skuinş ilə iki saat davam edən görüşdən sonra jurnalistlərə açıqlamasında bildirib.

M. Skuinşin namizədliyini Latviya hökuməti təsdiqləməlidir. Hökumət razılıq verərsə, o, 5 il müddətinə adıçəkilən qurumun rəhbəri olacaq. Nazirlər Kabineti onun namizədliyini iyunun 12-də müzakirə edəcək.

Qeyd edək ki, M. Skuinş AccessBank-ın strateji layihələr və inkişaf üzrə baş meneceri olub.

M. Skuinş maliyyə sektorunda 20 ilə yaxın çalışıb. AccessBank-dan öncə o 2013-2016-cı illərdə Latviya televiziyasının İdarə Heyətinin üzvü (maliyyə məsələləri üzrə) olub. Bundan öncə isə M. Skuinş Energo Capital şirkətində və Baltcom TV-də maliyyə direktoru, Nordea Finance Latvia-nın isə İdarə Heyətinin sədri kimi fəaliyyət göstərib.

Son xəbərlər
Digər xəbərlər