13 C
Baku
Friday, April 19, 2024
Home Maliyyə xəbərləri Bank xəbərləri “Accessbank” tarixində ilk dəfə azərbaycanlı sədrə həvalə oluna bilər

“Accessbank” tarixində ilk dəfə azərbaycanlı sədrə həvalə oluna bilər

0
“Accessbank” tarixində ilk dəfə azərbaycanlı sədrə həvalə oluna bilər
Anar Həsənov

AccessBank-ın rəhbərliyində dəyişiklik Ötən gün AccessBank-ın Müşahidə Şurasının iclası keçirilib. İclasda qəbul olunan qərara əsasən, bankın İdarə Heyətinin sədri Rolf Reyxardtın səlahiyyət müddəti bitdiyi üçün bu vəzifəni müvəqqəti olaraq İdarə Heyəti sədrinin birinci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) Anar Həsənov icra edəcək. Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.

Anar Həsənovun İdarə Heyətinin sədri vəzifəsinə namizədliyi irəli sürülüb və baxılması üçün bank tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunacaq. Ölkənin ən təcrübəli bankirlərindən olan Həsənov 15 ildən çoxdur ki, AccessBank-da çalışır. Belə ki, o, AccessBank yarandığı gündən mikrokreditləşmə üzrə mütəxəssis qismində karyerasına başlayıb. Daha sonra baş kredit mütəxəssisi vəzifəsinədək yüksəlib və yeni yaradılmış Kiçik və Orta Biznes Departamentinə keçib. A. Həsənov 2006-cı ilin iyul ayında Pərakəndə Bankçılıq Departamentinin rəhbəri vəzifəsinə təyin olunub, 2007-ci ilin sentyabr ayında isə İdarə Heyətinin üzvü seçilib.

Əlavə məlumat üçün bildirək ki, 100% Avropa kapitallı banka tarixində ilk dəfə olaraq azərbaycanlı sədr qoyulacaq.

Həsənov 2013-cü ilin sentyabr ayından AccessBank-ın İdarə Heyətinin sədr müavini, 2017-ci ildən isə İdarə Heyəti sədrinin 1-ci müavini və Baş Əməliyyat İnzibatçısı (COO) vəzifəsinə təyin olunub. Anar Həsənov İstanbul Universitetinin İqtisadiyyat fakültəsində “Maliyyə” istiqaməti üzrə təhsil alıb, Azərbaycan Dövlət İqtisad Universitetində “Bank işi və kredit” ixtisası üzrə maqistr dərəcəsinə yiyələnib. A.Həsənov həmçinin, Pensilvaniya Universiteti nəzdində “Ali Bank Məktəbi”ni bitirib. Qeyd edək ki, AccessBank-ın fəaliyyəti boyunca ilk dəfə olaraq Müşahidə Şurası tərəfindən İdarə Heyətinin sədri vəzifəsinə yerli kadrın namizədliyi irəli sürülüb.