15 C
Baku
Friday, March 29, 2024

AccessBank uşaqların Yeni il arzularını reallaşdırdı

Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil. Məsafələri aşaraq kiçik qəlbləri sevindirmək, uşaqların gizli qəhrəmanına çevrilmək və onlara az da olsa sevinc bəxş etməkdən gözəl nə ola bilər?

Yarandığı tarixdən etibarən sosial layihələrə xüsusi önəm verən AccessBank, Yeni il ərəfəsində ucqar bölgələrdə yaşayan azyaşlılara sevinc bəxş etmək və cəmiyyətdə qayğı hissini artırmaq məqsədilə bu dəfə “ASAN məktub”layihəsinə dəstək verdi.

Layihə çərçivəsində, AccessBank-ın əməkdaşları Lənkəranın Boladi kəndinə səfər etdi. Səfərin məqsədi Boladi kəndində yaşayan uşaqların www.asanmektub.az  portalına ünvanladığı məktublardakı arzularının reallaşdırılması idi. Yeni il ərəfəsində həyata keçirilən səfərdə uşaqların Şaxta Babaya ünvanladıqları məktublara cavab olaraq hədiyyələr çatdırıldı. Boladi kənd məktəbində həyətində toplaşan 200-dən çox uşaq üçün musiqili-əyləncəli tədbir keçirildi. Daha sonra Şaxta Baba uşaqları çağıraraq onların yazdıqları məktubdakı hədiyyələri onlara təqdim etdi. Uşaqların istəklərinə uyğun  isti geyimlər, gödəkçələr, ayaqqabılar,toplar, oyuncaqlar, şam ağacı, velosiped, müxtəlif məktəb ləvazimatları,  çanta, kitab və s. hədiyyə olundu. Əyləncəli bayram tədbiri uşaqlar tərəfindən böyük sevinc qarşılandı, uşaqlar şeir söylədilər və mahnılar ifa etdilər.

AccessBank-ın həyata keçirdiyi bu layihə uşaqların ölkəmizə layiqli övlad yetişməsi üçün atılan addımlardan sadəcə biridir və bank bundan sonra bu tipli sosial layihələr həyata keçirməyə davam edəcək.

Son xəbərlər
Digər xəbərlər