15 C
Baku
Saturday, April 27, 2024

Adambaşına düşən aylıq gəlir 322,7 manata çatdı

2014-cü ilin yanvar-aprel aylarında əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,6 % artaraq 12,1 milyard manata çatmış, onun hər nəfərə düşən həcmi 1290,7 manat və ya ayda orta hesabla 322,7 manat təşkil etmişdir. 

Əhalinin hər nəfərinə düşən gəlirlərin artım sürəti istehlak qiymətlərinin bahalaşmasını 1,4 % bəndi üstələyərək 3,3 % olmuşdur.

Bu dövr ərzində gəlirlərin 70,8 %-i son istehlaka, 8,7 %-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,4 %-i kreditlər üzrə faizlərin ödənilməsinə, 18,1 %-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilmişdir.

Əhalinin sərəncamında qalan gəlir 11,0 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,0 % artmışdır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər