23 C
Baku
Tuesday, April 23, 2024

ADB Azərbaycanda illik 36,4 min dollar maaşla məsləhətçi axtarır

Asiya İnkişaf Bankı (ADB) “Vergi siyasəti və idarəetmə imkanlarının gücləndirilməsi üçün daxili resursların səfərbər edilməsi Layihəsi” çərçivəsində “fərdi konsultant seçimi” metodu ilə yerli ekspert axtarır.

Sənəd qəbulu üçün son tarix dekabrın 29-u müəyyən edilib.

Məlumata görə, seçiləcək vergi araşdırmaları üzrə məsləhətçi və praktik iş üzrə koordinatorla ümumilikdə 12 aylıq müqavilə imzalanacaq.

Maliyyələşmə şərtlərinə gəlincə isə müqaviləyə əsasən, 12 ay müddətində mütəxəssisə 36 400 ABŞ dolları ödəniləcək. Həmin məbləğin 33 938 dolları əsas xərclər, 2 462 min dolları isə gözlənilməyən xərclər üçün nəzərdə tutulub.

Qeyd edək ki, elan edilən müsabiqədən uğurla keçən namizədin 2017-ci il yanvarın 9-dan fəaliyyətə başlayacağı gözlənilir.

Layihə üzrə əsas məsul şəxs ADB-nin ictimai menecment üzrə mütəxəssisi (taxation) Yuci Miyaki (Yuji Miyaki) müəyyənləşib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər