ADIF “Dəmirbank”a borcu olanlara müraciət edib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Dəmirbank” ASC qarşısında borc öhdəliyi (krediti) olan fiziki və hüquqi şəxslərə müraciət edib.

Müraciətdə bildirilir ki, ödənişləri köçürmə yolu ilə Bankın Azərbaycan Mərkəzi Bankında açılmış xüsusi ləğvetmə hesablarına, nağd qaydada isə Bankın baş ofisinə və filiallarına, “DəmirPay” ödəniş terminallarına etmək olar.

Ətraflı məlumatı “Dəmirbank”ın Bakı şəhəri, Qarabağ küçəsi, 31 ünvanındakı “Əməliyyat İdarəsi” filialına müraciət etmək lazımdır.

© Report

📝 RƏY BİLDİR