Adın, soyadın və ata adının dəyişdirilməsinə görə yeni qaydalar müəyyən olundu

Nazirlər Kabineti tərəfindən 2011-ci ildə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilmiş qaydalara əlavə qeyd olunub.

Banker.az xəbər verir ki, bu barədə Baş nazir Novruz Məmmədov imzalayıb.

Belə ki, yeni qanuna görə bu günə qədər adın, ata adının və soyadının dəyişdirilməsinə görə şəxsiyyətini təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti və ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin notariat qaydasında təsdiq edilmiş surəti təqdim edilməli idisə, bundan sonra nəzərdə tutulan sənədlər barədə məlumatların elektron informasiya ehtiyatlarından əldə edilməsi mümkün olduqda, həmin sənədlərin təqdim edilməsi tələb olmayacaq.