25 C
Baku
Friday, April 19, 2024

Adına “blockchain” sözü əlavə edəndən sonra şirkətin qiyməti 180% qalxdı

Amerikanın alkoqolsuz içki istehsalçısı olan “Long Island Iced Tea Corp” şirkətinin səhmlərinin qiyməti 180% qalxıb.

Bu, şirkətin öz adının Long Blockchain Corp a dəyişməsindən sonra baş verib. Bu barədə Bloomberg saytı xəbər verib. Dünənki məlumatlara əsasən “Long Blockchain Corp”un bazar kapitalizasiyası 68 milyon dollar təşkil edib. Adın dəyişilmıəsindən sonra şirkət bildirib ki, yaxın gələcəkdə o, blockchainlə bağlı layihələrə investisiya yatıracaq. Şirkət həmçinin www.Longblockchain.com domenini də alıb. Qeyd etmək lazımdır ki, şirkət alkoqolsuz içki istehsalına davam edəcək. Həmçinin qeyd etmək lazımdır ki, bu ilin Oktyabr ayında İngiltərənin “One-line Plc” şirkəti də öz adına blockchain sözü əlavə etdiyi üçün 5 dəfə bahalaşmışdı. Belə ki, onun bazar kapitalizasiyası 5.2 milyon dollar təşkil etmişdi.

image 56064485758543

Son xəbərlər
Digər xəbərlər