ADY Batumi, İstanbul və Ankaraya sərnişin qatarlarının istifadəyə verilməsi ilə bağlı məsləhətləşmələr aparır

“Azərbaycan Dəmir Yolları” QSC gürcüstanlı və türkiyəli həmkarlarla Bakıdan Batumi, İstanbul və Ankaraya sərnişin qatarlarının işləməsini təmin etməyə dair məsləhətləşmələr aparır. Bunu QSC-nin sədri Cavid Qurbanov deyib.

“C.Qurbanov “İtaliya Milli Dəmir Yolları”nın Beynəlxalq əlaqələr üzrə vitse-prezidenti Covanni Rokka və Italiyanın “MERCİTALİA İNTERMODAL” şirkətinin nümayəndələri ilə görüş keçirib”, – ADY-nin məlumatında deyilir.

“C.Qurbanov görüş zamanı Azərbaycanın nəqliyyat-logistika imkanları, Bakı-Tbilisi–Qars, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu, “Şimal-Cənub”,Cənub-Qərb nəqliyyat dəhlizləri barədə ətraflı məlumat verib. O, bildirib ki, hazırda gürcüstanlı və türkiyəli həmkarlarla Bakıdan Batumi, İstanbul və Ankaraya sərnişin qatarlarının işləməsini təmin etməyə dair məsləhətləşmələr aparılır. Bu, iqtisadi münasibətlərin möhkəmlənməsi çox əhəmiyyətli olardı”, – məlumatda qeyd olunur.

Görüş çərçivəsində potensial müştərilərə (Avropa-İtaliya-Türkiyə-Azərbaycan-son təyinat məntəqəsi və əks istiqamətdə) təqdim ediləcək qərarlar; Qiymət, tranzitin vaxtı və kontraktlar və Bazarda birgə irəliləmək üçün atılacaq addımlar müzakirə edilib.

Həmçinin görüşdə ikitərəfli əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı müzakirələr aparılıb.

C.Rokka bildirib ki, Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün poensial imkanları çoxdur.

Sonda anlaşma memorandumu imzalanıb.

📝 RƏY BİLDİR