12 C
Baku
Friday, March 29, 2024

“AFB Bank”da fiziki şəxslərin depozit portfeli 30% azalıb

Gilan Holding-in səhmdarı olduğu “AFB Bank” ASC-nin aktivləri ötən ildəki artım tempini cari ilin ilk rübündə təkrarlaya bilməyib. Fiziki şəxlərin bankda depozit yerləşdirməsinə maraq azalıb

Banker.az bildirir ki, bu barədə Bankın 2018-ci ilin yanvar-mart aylarına olan rüblük hesabatında deyilir.

Belə ki, “AFB Bank”ın aktivləri 3 ay ərzində 2,8 mln. manat kiçilərək 466,21 mln. manata düşüb. Hazırda aktivlərin 226,17 mln. manatı müştərilərə verilmiş kreditlərdir.

Hesabatı analiz etdikdə məlum olur ki, bankın əmanət portfeli ilin əvvəli ilə müqyisədə 3 ayın sonunda 13,32% kiçilib və 249,47 mln. manata düşüb. Kiçilmədə isə əsas pay sahibi fiziki şəxlər tərəfindən qəbul edilən əmanətlərdir. Belə ki, bankın hazırda fiziki şəxlərdən cəlb etdiyi əmanətlərin ümümi həcmi 26,55 mln. manat təşkil edir ki, bu da ilin əvvəli ilə müqayisədə 30,34% az olması deməkdir. Portfelin qalan 222,92 mln manatı isə hüquqi şəxlər tərəfindən cəlb olunan əmanətlərdir.

Bankın cəmi öhdəlikləri hazırda 394,27 mln. manat təşkil edi ki, bu da ilin əvvəli ilə müqayisədə hesabat dövrünün sonu 33,8 mln., yəni, 7% az olması deməkdir.

Hazırda “AFB Bank”ın cəmi kapitalı 3 ay ərzində artaraq 71,93 mln. manat olub.

Bank ilin ilk 3 ayı ərzində faiz gəlirlərini 10,38 mln. manata qaldırmaqla ötən ilin analoji dövrü ilə müayisədə iki dəfə artırmağa nail olub. Bankın gəlirləri xərcləri və aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına ayırmalar sonra 5,19 mln. manatdan çox xalis gəlir belə əldə edə bilib.

Qeyd edək ki, bankın nizamnamə kapitalı 70 393 455 manatdır. Səhmlərin 99,6406% “Gilan Holding”ə və digəri isə iki fiziki şəxs Tahir Muradov və Əkbər Abdullayevə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər