22 C
Baku
Thursday, April 25, 2024

AFFA Azərbaycan-Almaniya matçından gəlirini açıqlayıb

AFFA Azərbaycan və Almaniya milli komandaları arasında martın 26-da keçirilmiş 2018-ci il dünya çempionatının seçmə qrup matçından əldə etdiyi gəliri açıqlayıb.

Qurumun rəsmi saytına istinadən məlumata görə, bu məbləğ 204 min 691 manat təşkil edib. Bura bilet və SkyBox satışı, həmçinin hospitality (qonaqpərvərlik) xidmətindən ƏDV ilə birgə daxil olan vəsait aiddir.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş görüş Almaniya yığmasının qələbəsi ilə yekunlaşıb – 4:1.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər