14 C
Baku
Wednesday, April 24, 2024

 “Ağ ev”-də maaş nə qədərdir?

“Ağ ev”-də əmək haqqı olaraq ödənilən məbləğ orta statistik amerikalının əldə etdiyi əmək haqqıdan qat-qat çoxdur. Ağ evin verdiyi məlumata görə, sözügedən təşkilatda orta illik əmək haqqı 83 min dollardır. ABŞ-da isə orta illik əmək haqqı təqribən 44,3 min dollar təşkil edir. Ağ evin əməkdaşlarının 85%-i, yəni 456 nəfər bu məbləğdən daha çox əldə edir. Ümumilikdə, Ağ ev öz əməkdaşlarına əmək haqqı vermək üçün ildə 37,8 milyon dollar xərcləyir.

Ağ evdə ən yüksək əmək haqqı isə ildə  172,2 min dollardır və bu maaşı prezidentin əsas komandası əldə edir. Bu dövlət qulluqçularının əmək haqqısı 2010-cu ildən etibarən dəyişmiş qalır. Belə ki, bu zaman prezident Barak Obama əmək haqqlarının artırılması prosesini dayandırmışdı. ABŞ prezidentinin özü isə ildə 400 min dollar əldə edir. Bu məbləğ də artıq neçə illərdir ki, dəyişməz qalır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər