14 C
Baku
Thursday, April 25, 2024

Ağac üzərində ən böyük ev

Çoxlarımız uşaq ikən ağacın başında ev qurublar. Bu çox maraqlı gəlirdi, çünki hər kəs arzulara dala biləcəyi, dostları ilə gizli görüşəcəyi və ya öz gizli planlarını reallaşdıracağı, şəxsi məxfi bir məkanın olmasını istəyir. Amma böyüdükdən sonra da ağacda yaşamağa heç də hər kəs cürət etməz, nəsə ciddə səslənmir.

Amma görünür ki, Tennesi ştatında yerləşən Krossvill şəhərciyinin sakinlərindən biri belə düşünmür. Bu oğlan uşaqlıq yaşını çoxdan geridə qoysa da, amma o, ağacın içində öz evini tikmişdir. Düzünə qalsa, onun evinin sahəsi də uşaq evciklərindən xeyli böyükdür. Belə ki, evin sahəsi 930 kvadrat metrdir. Evdə 70-dən çox otaq vardır və o, 6 ağaca söykənir.

Evin sahibi Qoratsio Berdcess bildirir ki, evin tikilməsinə 258 min mismar sərf olunub. Bu möhtəşəm tikilinin başa gəlməsi üçün oğlan ömrünün 14 ilini və elə cibindən də 14 min dollar vəsait sərf etməli olub. Ev tamamı ilə təbii materiallardan və işlənmiş oduncaqdan hazırlanıb.

Qoratsio özü dinə inanan insandır və o, həmişə Allaha şükür edir ki, belə bir mürəkkəb quruluşlu tikilini ərsəyə gətirməyə ona kömək edib. Minnətdarlıq əlaməti olaraq, sahib evdə dini ayınlərin keçirilməsi üçün kilsə zənglərinin yerləşdirilməsi üçün xüsusi otaq da ayırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər