13 C
Baku
Friday, April 19, 2024

AGBank-a işə düzəlmək üçün diqqət etməli nüanslar

Müsahibə zamanı, iş prosesində bilik və təcrübənizdən istifadə bacarğınıza xüsusi önəm verilir. Suallar, müraciət etdiyiniz vəzifənin mühüm aspektləri ilə bağlı namizədliyinizin uyğunluğunu təyin etmək üçün, xüsusi struktur üzrə qurulur. Bank, sizin bilik və bacarıqlarınızın, işin tələblərinə uyğun olduğundan əmin olmaq istəyir. Müsahibə aparan mütəxəssislər iş təcrübənizdə rastlaşdığınız müəyyən problemlər, çətin vəziyyət və ya qarşınıza qoyulmuş vəzifələr haqqında və onların həllində atdığınız addımlar barədə konkret misal çəkərək danışmağınızı xahiş edə bilərlər.

Eləcə də müsahibə zamanı sizin digər bacarıqlarınız haqqında da daha ətraflı məlumat əldə etmək imkanını verir. Məsələn, sizin ünsiyyət qurma, müsahibinizə təsir etmə və qarşılıqlı işgüzar şəbəkəsini qurmaq kimi bacarıqlarınız dəyərləndiriləcəkdir. Yüksək göstəriciləri təyin etmək üçün üzbəüz müsahibə çox effektivdir.

Sizdən iki müsahibədə iştirak etmək xahiş olunarsa, bu o deməkdir ki, onların birində vəzifənin texniki aspektlərinin namizədliyinizə uyğunluğu, digərindəisə etik davranışlarınız və işgüzar tərzinizə önəm veriləcəkdir.

Müsahibə zamanı sərbəst olun və suallara səmimi cavablar verin. Əgər sual aydın deyilsə, sadəcə sualın təkrar olunmasını xahiş edin. Cavab verməyə tələsməyin,  fikrinizi tam daha aydın çatdırmaq üçün sizə kifayət qədər vaxt ayrılacaqdır, bu zaman siz iş təcrübənizdən nümunələr göstərə bilərsiniz.

Müsahibə həm də  Sizə namizədliyinizi irəli sürdüyünüz vəzifə və onun aspektləri haqqında müsahibə aparan şəxsdən ətraflı məlumat almaq imkanı verir. Nəticədə seçdiyiniz vəzifənin sizə uyğun olub-olmamasını müəyyənləşdirə biləcəksiniz.

Müsahibəyə tam hazır olmaq üçün aşağıdakı tövsiyələrə diqqət yetirin:

  1. Müsahibəyə gələrkən şirkətin fəaliyyəti haqqında qısacıq da olsa məlumatlı olmanız müsbət qarşılanacaq. Şirkət haqqında bildiyiniz hər bir məlumatla bölüşün  (Bu işə ciddi yanaşmağınızdan söz açır);
  2. İş fəaliyyətiniz və özünüz haqqında ən son məlumatları daxil edərək tərcümeyi-halınızı yeniləyin. Orfoqrafik və qrammatik səhvlərin olmamasından əmin olun. Tərcümeyi-halınızı öncə göndərmiş olsanız belə, müsahibəyə də bir nüsxəsini özünüzlə gətirin;
  3. Geyim tərzinizi müraciət etdiyiniz vakansiyaya uyğun seçin. İlk öncə geydiyiniz əşyalar təmiz və səliqəli olmalıdır;
  4. Müsahibə zamanı:a) vəzifəyə olan marağınızı bəlli etməyə çalışın, b) müraciət etdiyiniz vəzifə və gələcək karyera perspektivləri haqqında bir neçə sual hazırlayın;
  5. Müsahibəyə dəvət olunarkən, əlavə olaraq hansı sənədlərin (sürücülük vəsiqəsi, sertifikatlar və s.) gətirilməsinə ehtiyac olduğunu dəqiqləşdirin.

Müsahibədə, uğur qazanmaq üçün aşağıdakılara riayət edin:

  1. Müsahibəyə təyin olunan vaxtdan bir qədər əvvəl gəlin (tıxac və ya digər təsadüfi halları nəzərə alaraq). Müsahibədən öncə ayrıca ərizə doldurmalısınızsa, bir az tez gəlin. Siz onu təyin olunmuş görüş saatına qədər tam doldurmalısınız;
  2. Sizin haqqında rəyi yalnız müsahibə alan deyil qıraqdan Sizi müşahidə edən digər şəxslər də verə bilər. Odur ki, ətrafdakılara qarşı davranışlarınızda diqqətli olun;
  3. Müsahibə aparan şəxslə görüşəndə əlini normal sıxın, nəzakətlə və optimistik tərzdə salamlaşın və gülümsəyin;
  4. Müsahibə zamanı göz təması qurun, gülümsəyin və razılığınızı başınızla hərəkət edərək bildirin. Sonrakı suallarınız üçün qeydlər aparmaqdan çəkinməyin;
  5. Jestlərə diqqət yetirin. Belinizi bükməyin, əllərinizi çarpaz vəziyyətdə saxlamayın və ya müzakirə olunan mövzulara qarşı laqeydlik göstərməyin;
  6. Məlumata və suallara diqqətlə qulaq asın. Sualı və ya şərhi aydın eşitmədikdə, müsahibə aparandan təkrarlamasını xahiş edin;
  7. Suallara cavab vermədən öncə düşünün. Suallara əminliklə cavab verin. Cavabınızda bildirmək istədiyinizə diqqət yetirin və əminliklə danışın;
  8. Tərcümeyi-hal, ərizə və ya müsahibədə səhv, uydurulmuş və ya şişirdilmiş məlumatlar verməyin. Sonradan yanlış məlumat aşkar olunsa, birbaşa işdən kənarlaşdırılmanıza səbəb ola bilər;
  9. İşə götürüldükdə, şirkətin siyasəti haqqında bütün vacib məlumatları (geyim tərzi, bayramlar, güzəştlər, iş qrafiki və s. haqqında) əldə edin.

Son xəbərlər
Digər xəbərlər