“AGBank” rəhbərinin bankdakı səhm payı azalıb

“AGBank” ASC-nin yarım illik maliyyə hesabatını analiz etdikdə məlum olub ki, hazırda Müşahidə Şurası sədri Çingiz Əsədullayevin nizamnamə kapitalındakı payı 27,09%-ə düşüb.

Banker.az-ın məlumatına görə, ötən il bu rəqəm 34,34% təşkil edirdi.

Qeyd edək ki, artıq “AGBank” ASC bu ilin əvvəlində nizamnamə kapitalını 7 mln. manat artırmaq üçün dövriyyəyə buraxdığı, lakin hamısını sata bilmədiyi yeni səhmlərini ilin sonuna qədər realizə etməyə çalışır. Belə ki, ilin iyun ayında məlum olmuşdu ki, səhmlərin 83%-i satılmayıb.