16 C
Baku
Friday, April 26, 2024

Agentlik direktoru: Evli vətəndaşın ödənişləri hesabına işləməyən həyat yoldaşı da sığortalana bilər

Azərbaycanda icbari tibbi sığorta sistemi tətbiq edildikdən sonra işləyən evli vətəndaşın ödənişləri hesabına onun işləməyən həyat yoldaşı da sığortalana bilər.

Bunu Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev deyib.

Onun sözlərinə görə, uşaqların icbari tibbi sığorta haqqını dövlət ödəyəcək: “İşləyən təbəqə isə öz əmək haqqından icbari tibbi sığorta haqqı ödəyəcək. Bu zaman sual yaranır, vətəndaşın işləməyən həyat yoldaşının icbari tibbi sığorta haqqını kim ödəyəcək? Biz hazırda bu məsələyə də baxırıq. Bir çox ölkələrdə belə təcrübə var ki, işləyən evli vətəndaş ödənişləri hesabına işləməyən həyat yoldaşını da sığortalamış olur. Bununla da bütün ailə sığortalanır. Azərbaycanda da belə təcrübə tətbiq oluna bilər. Amma digər sual da yaranır ki, əgər kişi də, xanımı da işləyirsə, bu, necə olacaq? Biz bunun da üzərində işləyirik”.trend zaur aliyev icbari tibbi sigorta 270416 01

Qeyd edək ki, Azərbaycanda bu ilin sonuna yaxın, ən geci gələn ilin əvvəlində icbari tibbi sığorta üzrə pilot layihənin icrasına başlamaq nəzərdə tutulur. Azərbaycanda layihənin hər hansı peşə sahibləri arasında tətbiqi modelinin mümkünlüyü qeyd edilsə də, bu gün layihənin daha çox rayon üzrə tətbiqinə üstünlük verilir.

Z.Əliyevin Trend-ə verdiyi məlumata görə, pilot layihə uzun müddətli olmayacaq, 6-9 ay ərzində davam edəcək: “Pilot layihəyə başlayanda paralel olaraq, qonşu regionlarda da hazırlıq işləri aparacağıq. Əgər həmin 6-9 ay ərzində qonşu regionlar da buna hazır olsalar, biz orada da bu sistemin tətbiqinə keçəcəyik”.

-Trend

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər