15 C
Baku
Friday, March 29, 2024

Ağıllı olmaq dəbdədir: 5 ən yaxşı elmi-populyar kitab

1. “A Brief History of Time”, Stephen Hawking (Zamanın qısa tarixi)

Əgər siz məktəbdə keçdiyiniz fizika proqramını unutmusunuzsa, amma yenə də bu müəmmalar ilə dolu elementar hissəciklər dünyasından baş açmaq istəyirsinizsə; əgər niyə öncə hadisənin səbəbini, daha sonra isə nəticəni gördüyümüzü və heç bir halda bunun əksinin baş vermədiyini anlamaq istəyisinizsə; hər-hansı bir səbəbə görə qara dəliklərdən hələ qorxursunuzsa; – Xokinqin sadə və füsunkar Kainatına xoş gəlmisiniz, bu kitab rahat anlaşılan və ürəyə yatımlı şəkildə yazılıb. «Mənə dedilər ki, kitabda verilən hər bir düstur alıcıların sayını iki dəfə azaldacaq. Onda mən qərar verdim ki, ümumiyyətlə düsturlarsız keçinim” – məşhur astrofizik, elm xadimi, qeyri-adi zəka sahibi və inanılmaz dərəcədə sarsılmaz iradəyə sahibi olan kitabın müəllifi yazır. Bu kitab 2005-ci ildə yazılmış olsa da, öz populyarlığını hələ qoruyub saxlayır.

2. “Physics of the Impossible”, Michio Kaku ( Qeyri-mümkünlük Fizikası)

Gözə görünməz plaş arzu edirsiniz? İşıq sürətini ötmək haqqında qulağınıza şayiələr çatır? Bəlkə ümid edirsiniz ki, nə vaxtsa öz gələcəyinizə gözucu da olsa nəzər sala bilərsiniz? Miçio Kaku sizin arzularınızı gözünüzdə qoya və ya ürəyinizdə nə vaxtsa bəşər övladının iri planetləri məhv edəcək qədər inkişaf etmiş qabaqcıl texnologiyaya və telepartasiya edə biləcək qədər güclü olması barədə ümidlər oyada bilər. Yazıçı müasir fizikanın imkanlarını maraqlı əhvalatlar və lətifələr ilə zənginləşdirərək oxucuya təqdim edir. Kitab heç də xəyalpərəstlər və fantastika həvəskarlar üçün nəzərdə tutulmayıb.

3. The Selfish Gene “, Richard Dawkins (Eqoist gen)

Dövrümüzdə nüfuzu ilə seçilən bioloqlardan biri, kəskin tənqidçi və döyüşkən ateist Riçard Dokins əslində özünün ən yaxşı kitabı kimi “Extended Phenotype” (Genişlənmiş fenotip) əsərini qeyd edir. Amma sizi əmin edirik ki, “Eqoist gen” kitabı oxucunu özünə cəlb etmək baxımından heç də geri qalmır. Kitabın əsas ideyası genlərin təkamülü nəzəriyyəsi üzərində qurulub. Dokins iddia edir ki, canlı orqanizmlərin ən kiçik, xırda kərpicləri bizim davranışları idarəetmə gücünə tamamı ilə qadirdir, hətta bizim hansı tərəfdaşı seçməyimizə də təsir edə bilər. Dokinsin nəzəriyyəsi hətta universal nəzəriyyəyə də zərbə endirir: belə ki, alim sübut edir ki, ideyalar da bu üsulla insan mühitində yayılmaq xüsusiyyətinə malikdir. Əgər təkamül nəziyyəsi və təbii seçmə barədə cəlbedici bir şey oxumaq istəyirsinizsə, onda “Eqoist gen” kitabını cəsarətlə əlinizə ala bilərsiniz.

4. “The Naked Ape”, Desmond Morris (Çılpaq Meymun)

Etologiya elminin qarşısına qoyduğu məqsəd belədir: insan meymundan nə qədər uzaqlaşa bilib? Desmond Morris bəzən tam ciddiliyi və elmi yanaşma ilə, bəzən isə müəyyən qədər yumor əlavə etməklə insan davranışımı müxtəlif cəhətlərdən oxucuya izah edir, məsələn makiyajdan, dildən və jestlərdən istifadə. Alim həmçinin Homosapiens insanın yaranması məsələsindən də yan keçmir. Bütün informasiyaları zooloq heyvanların həyatından götürülmüş çoxsaylı nümunələr əsasında təqdim edir. Özünüzü daha yaxşı başa düşmək istəyirsiniz? Bu kitaba maraq göstərməklə kifayətlənməyin, onu oxuyun.

5. Vladimir Plunqian (Nəyə görə dillər belə fərqlidir?)

Linqvistika geniş şaxəli bir elmdir, o qarşısına milyonlarla müxtəlif vəzifələr qoymuşdur. Plunqian onlardan yalnız birini seçir və onu mümkün qədər hər tərəfli və aydın şəkildə nəzərdən keçirir. Dünyada 5000-dən çox dil var və bütün onlar bir-birindən fərqlənir. Eləcə də dil daşıyıcıları bir-birindən fərli olur.

Bu kitab sizi, nəinki öz dilinizə yeni nöqteyi-nəzərdən baxmağa sövq edəcək, həm də oxucuda yeni bir dil öyrənməyə həvəs yaradacaq, axı linqvistika çox maraqlı bir elmdir.

Son xəbərlər
Digər xəbərlər