23 C
Baku
Saturday, April 20, 2024

“Ağır daşlar”

Professor əlinə su ilə dolu olan bir stakan götürür, əlini uzadır və tələbələrindən soruşur:

– Sizcə bu stəkanın çəkisi nə qədərdir?

Auditoriyada hər kəs bir fikir söyləməyə başlayır :

– Təxminən 200 qram! Xeyir, 300 qram olar! Bəlkə də 500 qram!- deyə cavablar səslənməyə başladı.

– Mən onu ölçməmişdən əvvəl dəqiq çəkisinin nə qədər olduğunu bilə bilmərəm. Lakin indi buna ehtiyac yoxdur. Mənim sizə sualım belədir: mən stəkanı bir neçə dəqiqə ərzində əlimdə saxlasam nə olar?

– Heç nə!

– Həqiqətən də, qorxulu heç nə baş verməyəcək, – deyə professor cavab verdi. – Bəs mən bu stakanı uzadılmış əlimdə iki saat ərzində tutsam nə olar?

– Sizin əliniz ağrımağa başlayacaq.

– Bəs bütün gün?

– Sizin əliniz keyiyəcək, sizdə ağır əzələ pozğunluğu və iflic olacaq. Bəlkə də siz hətta xəstəxanaya getməli olacaqsınız, – deyə tələbələrdən biri cavab verir.

– Sizcə mən stəkanı bütün gün ərzində saxladığımdan sonra stəkanın çəkisi dəyişəcək?

– Yox!- deyə tələbələr çaşmış halda cavab verirlər.

– Bəs hər şeyi düzəltmək üçün nə etmək lazımdır?

– Sadəcə olaraq stəkanı masanın üstünə qoyun! – deyə tələbələr birlikdə cavab verdilər.

– Düzdür!- sevincli şəkildə professor cavab verdi. – Bizim bütün həyat çətinliklərimiz də buna bənzəyir. Bir problem haqqında bir neçə dəqiqə fikirləşsən, o, sənin yanında olacaq. Bir neçə saat fikirləşsən və o, səni boğmağa başlayacaq. Əgər bir problem haqqında bütün gün fikiləşsən, o, səni iflic edəcək.

Problem haqqında düşünmək olar. Lakin adətən bu heç bir nəticə vermir. Onun «çəkisi» azalmayacaq. Problemi həll etməyin yeganə yolu hərəkət etməkdir. Onu həll edin və bir kənara atın.

Ürəyinizdə sizi iflic edən ağır daşları gəzdirməyin heç bir mənası yoxdur.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər