Aİ blockchain texnologiyasının inkişafına böyük məbləğdə vəsait ayıracaq

Avropa Komissiyası blockchain texnologiyası da daxil olmaqla, texnoloji layihələrin inkişafına 30 milyard avro ayıracaq. Bu haqda məlumat komissiyanın saytında yer alıb.

Banker.az xəbər verir ki, Maliyyələşmə Horizon 2020 proqramı çərçivəsində təqdim ediləcək.

Yeni maliyyələşmə mərhələsinin məqsədi miqrasiya, təhlükəsizlik, iqlim, təmiz enerji və rəqəmsal iqtisadiyyat məsələləri ilə məşğul olan şirkətləri dəstəkləmək olacaq.

“Süni intellekt, genetika, blockchain – bu gün bu biliklər daha çox vəd verən və proqressiv innovasiyaların əsasını təşkil edir. Elm və texnologiya sahəsində dünya lideri olan Avropa innovasiyaların inkişafında vacib rol oynayacaq” – bu fikirləri Komissiya nümayəndəsi Karlos Moedos qeyd edib.