16 C
Baku
Friday, April 26, 2024

AİB Azərbaycana $250 mln kredit ayırdı

Asiya İnkişaf Bankı (AİB) Cəlilabad-Şorsulu avtomobil yolunun tikintisi üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasına razılıq verib. Bu barədə bankın saytında məlumat verilir.

“AİB Masallı-Şorsulu magistralınınn bir hissəsi olan Cəlilabad-Şorsulu avtomobil yolunun tikintisi üçün Azərbaycana $250 mln. məbləğində kreditin ayrılmasına razılıq verib”, – deyə məlumatda bildirilir.

Cəlilabad-Şorsulu avtomobil yolunun tikintisi üçün $250 mln. məbləğində kredit Azərbaycanın yol sektorunun inkişafı üzrə 2012-ci ilin oktyabrında təsdiqlənmiş $500 mln. dəyərində çoxtranşlı maliyyələşdirmə proqramı (MFF) çərçivəsində ikinci tranş olacaq.

İkinci tranşın vəsaitləri Azərbaycanın nəqliyyat sektorunun inkişafı strategiyası çərçivəsində avtomobil yolu şəbəkəsinin yaxşılaşdırılmasına sərf ediləcək. Cəlilabad-Şorsulu ölkənin şimalından cənubuna əsas şosenin bir hissəsidir. Hazırda avtomobil yolunun mövcud sahəsinin hissələri pis vəziyyətdədir, nəticədə nəqliyyat xərcləri çoxdur, tədarüklərin müddəti uzanır və yol-nəqliyyat hadisələrinin sayı artır. AİB-in qiymətləndirmələrinə görə, bu, qeyri-neft sektorunun artımına və Azərbaycanda yoxsulluğun azalmasına, həmçinin regional ticarətin inkişafına əngəl törədir. Cəlilabad-Şorsulu sahəsinin tikintisi cənub dəhlizini tamamlayacaq və milli və regional ticarətin inkişafına şərait yaradacaq.

Azərbaycan 1999-cu ildən AİB-in üzvüdür. 1999-cu ildən AİB ölkədə 20 layihənin həyata keçirilməsi üçün ümumilikdə $1 mlrd. 637,4 mln. məbləğində kredit ayırıb. Bu vəsaitin $697,5 mlrd.-ı sərf edilib. AİB-in kreditlərinin 46,26%-i nəqliyyat və informasiya texnologiyaları, 33,9%-i su təchizatı, bələdiyyə infrastrukturu və xidmətlərin yaxşılaşdırılması, 11,42%-i energetika, 7,08%-i maliyyə, 1,34%-i təbii ehtiyatlar və kənd təsərrüfatı sahələrinə yönəldilib.

Interfax.az/

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər